"KİTABDAR"a xoş gəldiniz!           
           

   Salam, Əziz Oxucu! Əvvəlcə adımızın izahı ilə başlayaq; "kitabdar" sözünün mənası "kitabxanaçı, kitab saxlayan, kitabxana işçisi" deməkdir. Mən də kitabları sevən, qorumağa və eləcə də paylaşmağa həvəsli olan biri kimi blog`uma bu adı yaraşdırdım. Blogu açmaqda əsas məqsədim və hədəfim oxuduğum kitablar haqqında yazmaq, başqa insanlarla bu mövzuda müzakirələr etmək və fikir mübadiləsi aparmaqdır. Oxuduğum kitablardan qeydlər almaq və bəyəndiyim cümlələri öz dəftərimə yazmaq vərdişimi öz Blogumda hər kəsə açıq şəkildə davam etdirəcəm. Sizlərin də oxuduğunuz kitablar haqqında yazacaqlarınızın olduğunu nəzərə alıb "Qonaq Blogger" kateqoriyasını əlavə etmişəm. Düşünürəm ki, yazılarım "növbəti dəfə hansı kitabı oxumaq olar?"- deyə qərarsız qalanlara da araşdırıb seçim etmək üçün bir mənbə olacaq. Və əlbəttə ki, oxuduğum kitabları kiminləsə paylaşmağım oxuma həvəsimi biraz da artıracaq, məni yeni kitablar oxumağa təşviq edəcək. 
   Blogu hazırlama və dizayn etmə mərhələsində;
  • Mənəvi dəstəyini və köməyini məndən əsirgəməyən, Logo`mu hazırlayan, stimul mənbəyim və ömür yoldaşım Elvin Əmirov`a,
  • Blog qurmaq üçün məni həvəsləndirən və motivasiya edən dostumuz, gözəl insan Leyla Surxayzadə`yə,
  • Blog qurma, dizayn etmə və sair mövzularda məqalələrindən bəhrələndiyim www.bloghocam.blogspot.com`a,
  • Axtarış bölməmin "Axtaran tapar" ideyasına görə könüllü fəaliyyət göstərən www.TechNet.az`a,
  • Kitabdar`da olduğunuz, yazılarımızı oxuduğunuz və bizimlə paylaşdıqlarınız üçün hər birinizə
                                          TƏŞƏKKÜRLƏR!!!
                                                                                                            

Şərhlər:

 
;