Sadəcə həyatınızda bir dəfə, həqiqətən inanıram ki, siz dünyanızı tamamilə döndürəcək birini tapırsınız. Onlara daha əvvəl başqa bir kəslə bölüşmədiyiniz şeyləri deyirsiniz, onlar dediyiniz her şeyi mənimsəyir və həqiqətən, daha artığını da eşitmək istəyirlər. Siz gələcəyə dair ümidləri, heç vaxt gerçəkləşməyəcək xəyalları, çatmayacağınız hədəfləri və həyatın sizə yaşatdığı
xəyal qırıqlıqlarını bölüşürsünüz. Möhtəşəm bir şey baş verəndə, onların sizin həyəcanınızı bölüşəcəklərini bilərək bu haqda demək üçün gözləyə bilmirsiniz. Siz əzab çəkəndə onlar sizinlə ağlamaqdan və özünüzü axmaq vəziyyətə salanda sizinliklə gülməkdən utanmırlar. Onlar sizi heç vaxt incitmir, ya da sizə kifayət qədər yaxşı olmadığınızı hiss etdirmirlər, ancaq sizi olduqca gücləndirir və sizə xüsusi, hətta gözəl olan tərəflərinizi göstərirlər. Onlar ətrafda olanda sıxıntı, qısqanclıq və yarış yox, sadəcə bir qədər dinclik olur. Özünüz ola bilirsiniz və haqqınızda nə düşünəcəklərindən narahat olmursunuz, çünki onlar sizi siz olduğunuz üçün sevirlər. Qeyd, mahnı və gəzinti kimi çox adama əhəmiyyətsiz görünən şeylər sizin ürəyinizdə etibarla saxlanılır, həmişəlik əziz tutulacaq, qiymətsiz xəzinəyə çevrilir. Yenidən gənc olmaq kimi aydın və canlı şəkildə uşaqlıq xatirələriniz qayıdır. Rənglər daha parlaq və əlvan görünür. Daha əvvəl çox nadir görünən, bəlkə də heç mövcud olmayan gülüş gündəlik həyatın bir parçası olur. Gün ərzində bir ya da iki telefon zəngi sizi uzun bir iş günündən ayırır və həmişə üzünüzə təbəssüm gətirir. Onların varlığı üçün davamlı söhbətlərə ehtiyac yoxdur, sadəcə yanınızda olmaqları ilə tamamilə məmnun olursunuz. Daha əvvəl maraqlanmadığınız şeylər sizə cəlbedici gəlir, çünki bilirsiniz ki, bunlar sizinçün xüsusi olan şəxsə önəmlidir. Hər vəziyyətdə və etdiyiniz hər şeydə o insanı düşünürsünüz. Açıq mavi səma, sakit külək, hətta üfüqdəki qara bulud kimi sadə şeylər belə onları xatırladır. Bir gün qırıla bilmə ehtimalınız olduğunu bilərək ürəyinizi açırsınız və ürəyinizi açmaqla daha əvvəl mümkünlüyünü xəyal etmədiyiniz sevgi və sevinci təcrübə edirsiniz. Bu sizi qorxutsa da, belə həssas olmaq həqiqi zövqü hiss etmənin yeganə yoludur. Sona qədər sadiq qalacaq həqiqi bir dost və bəlkə də, ruh əkizinizin olduğunu bilərək güc tapırsınız. Həyat tamamilə fərqli, həyəcanverici və dəyərli görünür. Sizin tək ümidiniz və əminliyiniz onların həyatınızın bir parçası olduqlarını bilməyinizdir.
Şərhlər:
Şərh bildir