Corc Oruel-1984 ( Fərqli oxucudan)

Gəlin düşünək, səssiz səmirsiz dayanaq və biraz düşünək. Hə? deyirsiz yəni bu çox çətindir? Başa düşürəm onda gəlin insanları düşünməyə vadar edəcək nələrsə edək. Yenə razi deyilsiniz? Çünki bunun üçün də düşünmək lazımdır hə? Yaxşı düşünməyək. Susaq, nəyi niyə etdiyimizi unudaq və hətta bunu unutduğumuzu da unudaq. Düşünmək və düşündürmək fikri üzərində
qalmağımın səbəbi bu yaxınlarda oxuduğum George Orwell'in 1984 əsəridir. Bu əsərin adının niyə 1984 olduğu haqqında fikirlər müxtəlifdir. Amma ilk başdan qeyd etmək istəyərdimki əsərin adı çoxlarınızın ağlına gəldiyi kimi 1984-cü ildən irəli gəlməyə də bilər. Lakin bunu da deməyimə əsas var ki, ilk ağlınıza gələn bu fikirdə irəli sürülən mülahizələr içərisində idi. Mən bu əsəri oxumadan çox əvvəl insanların ən çətin vaxtlarda belə ən azından istədiyini düşünməkdə sərbəst olduqlarını fikirləşirdim. Lakin oxuduğum əsərdə həmin bu fikrimi qəti şəkildə təkzib edən "fikir polisi" anlayışı ilə qarşılaşdım və bu ifadə  mənə çox təsir etdi. Yəni insanların düşüncələrini də idarə etməyə çalışan bir hökmranlıq, bir "qardaşlıq" mövcud olubmuş. Doğrudurbu sadəcə bir əsərdir,  ola bilsin ki, gerçək olan heç nədən söhbət getmir... Ancaq bu düşüncə tərzi nə vaxtsa mövcud olmasa, belə bir fikir də formalaşmazdı. Təbii ki, bu mənim şəxsi fikrimdir. Bu kitab məndə fərqli düşüncə tərzi yaratdığı üçün oxuduğum ən yaxşı kitablardan biri oldu . 1984'ü oxuyarkən bugünkü günümüzü də xatırladım. Çünki həmin əsərdəki bir çox məqamlar məni bügünümüzü xatırlamağa vadar edirdi. Bu əsərdə əgər "Böyük Qardaş" 2+2=5 olduğunu deyirdisə deməli 2+2=5-dir və Həmin vaxtadan etibarən hər kəs beynindən 2+2=4 fikrini silməli idi, əks halda bu cinayət sayılırdı və "cinayətkarı" ağır işgəncələr və qaçınılmaz son olan ölüm gözləyirdi. Məqsəd isə insanların beynindən keçmişi, mövcud partiyanın qəbul etmədiyi lakin bəzi beyinlərdə yaşayan həqiqətləri silmək idi. Bu əsərin əsas şüarı "Müharibə Sülhdür, “Azadlıq Köləlikdir”, “Cəhalət Gücdür" ifadələrindən ibarət idi. Əslində düşünməyi bacaran, hətta belə demək mümkündürsə, “düşünülmüşün” yerinə düşünməyi seçən insanlar üçün bu ifadələri açıqlamağa ehtiyac yoxdur. Məndə düşünən beyinlər üçün yazdığımdan açıqlama etməyəcəyəm. Buyurun özünüz düşünün. Son olaraq qeyd etmək istəyirəm ki, həyatımda çox az insan məni düşünməyə vadar edən kitablarımdan daha dəyərlidir. Ümumiyyətlə isə insanı "özü" edən şəxsi düşüncələridir...
Hörmətlə Mən
.


Oxucumuz Natəvan Əliyeva`dan...



Şərhlər:

Şərh bildir

 
;