"Ziddiyyətli əmrlər" - "The Paradoxical Commandments" 1968-ci ildə 19 yaşlı Kent M. Keith tərəfindən Harvard kollecində "Səssiz inqilab: Tələbə şurasında dinamik liderlik" adlı tələbə kitabçasının bir hissəsi olaraq çap edilmişdir. Dünyada milyonlarla insanın oxuduğu və bəyəndiyi yazını sizinlə də bölüşmək istədim.
"Ziddiyətli əmrlər"
İnsanlar məntiqsiz, şüursuz və eqoistdir.
Hərhalda onları sevin.
Əgər yaxşılıq etsəniz, insanlar sizi gizli mənfəətlər güdməklə təqsirləndirəcəklər.
Hərhalda yaxşılıq edin.
Əgər müvəffəq olsanız, səhv dostlar və doğru düşmənlər qazanacaqsınız.
Hərhalda müvəffəq olun.
Bugün etdiyiniz yaxşılıq sabah unudulacaq.
Hərhalda yaxşılıq edin.
Dürüstlük və səmimilik sizi həssas edəcək.
Hərhalda dürüst və səmimi olun.
Böyük fikir sahibi qadın və kisilər kiçik fikir sahibi qadın və kişilər tərəfindən güllələnə bilər.
Hərhalda böyük düşünün.
İnsanlar məzlumlara yaxşılıq edir, ancaq zalimləri izləyirlər.
Hərhalda məzlumlar üçün mübarizə aparın.
Qurmaq üçün illər sərf etdiyiniz şeylər, bir gecədə dağıdıla bilər.
Hərhalda qurun.
Həqiqətən köməyə ehtiyacı olan insanlara kömək etsəniz, sizə hücum çəkə bilərlər.
Hərhalda insanlara kömək edin.
Hərhalda qurun.
Həqiqətən köməyə ehtiyacı olan insanlara kömək etsəniz, sizə hücum çəkə bilərlər.
Hərhalda insanlara kömək edin.
Dünyaya sahib olduğunuzun ən yaxşısını versəniz, ağzınıza təpik yeyə bilərsiniz.
Hərhalda dünyaya sahib olduğunuzun ən yaxşısını verin.
Hərhalda dünyaya sahib olduğunuzun ən yaxşısını verin.
Şərhlər:
Əla alınıb. Zehninizə qüvvət.
Təşəkkürlər...
Şərh bildir