"Pendirli-duzlu peçenyelər"

Tərkibi:

  • 2 yumurta (1-nin sarısı üzəri üçün ayrılır)
  • 125 qr yumşaq marqarin
  • 1 armudu st duru yağ
  • 1 st qatıq 
  • 1 st rəndələnmiş ağ pendir
  • 1 st doğranmış cəfəri
  • 1 paket qabartma tozu
  • 1 ç q şəkər
  • aldığı qədər un
Üzəri üçün:
  • yumurta sarısı 
  • ağ və qara küncüd 
Hazırlanışı:
Tərkibi üçün ayırdığımız bütün ərzaqları yoğurma qabına alaraq xəmir yoğururuq. Hazırlanmış xəmiri 4 kündəyə ayırırıq. Hər bir kündəni ayrılıqda dairə formasında çəkirik. Sonra isə dairəni "pizza dilimləri"nə ayıraraq hər bir dilimi şəkildə göstərdiyimiz kimi bükürük. Bunu bütün kündələrimizə tətbiq edirik. Üzərlərini yumurta çəkib küncüd tökürük. Sobada üzəri qızarana qədər bişiririk. 











Şərhlər:

Şərh bildir

 
;