Showing posts with label Qonaq yazıları. Show all posts
Showing posts with label Qonaq yazıları. Show all posts
0 yorum

Etel Lilian Voynic – "Ovod"

   Çox qısa müddәt әvvәl oxuyub qurtardığım bu roman haqqında fikirlәrimi vaxt itirmәdәn sizlәrlә bölüşmәk istәdim. Fikrimcә bu әsәri bir çoxunuz oxumuş olar, yaxud da әsәr haqqında söylәnәn fikirlәrlә qarşılaşmış, daha böyük ehtimalla isә adını eşitmiş olarsınız. Sizi әmin etmәk istәyirәm ki, hәmin bu әsәr haqqında sәslәnәn müsbәt fikirlәr heç dә özündә mübaliğә әks etdirmir. Yәni söhbәt mükәmmәl şәkildә qәlәmә alınan bir qәhrәmanın hekayәsindәn gedir.
0 yorum

Corc Oruel-1984 ( Fərqli oxucudan)

Gəlin düşünək, səssiz səmirsiz dayanaq və biraz düşünək. Hə? deyirsiz yəni bu çox çətindir? Başa düşürəm onda gəlin insanları düşünməyə vadar edəcək nələrsə edək. Yenə razi deyilsiniz? Çünki bunun üçün də düşünmək lazımdır hə? Yaxşı düşünməyək. Susaq, nəyi niyə etdiyimizi unudaq və hətta bunu unutduğumuzu da unudaq. Düşünmək və düşündürmək fikri üzərində
0 yorum

"1984" - Corc Oruell

       Yazıçının bu romanını oxuyarkən uşaqlığımda yaşadığım bəzi hadisələr və sonralar  üzərində fikirləşdiyim bir çox məsələlər, düşündüncələrim təkrarən gözümün önündə canlandı. Mənim ücün təsirli roman oldu.
  Romandakı hadisələr totalitar bir dövlət olan Okeaniyada baş verir.Bu dövlət dünyanın hardasa üçdə birini əhatə edən, tərkibinə Şimali ,Cənubi Amerika, Böyük Britaniya, Afrikanın bir hissəsi, Avstraliya və Okeaniya adaları daxil olan bir dövlətdir. Eyni zamanda dünyada onun kimi iki güclü dövlət də vardır. Tərkibinə Rusiya və Avropa daxil olan Avrasiya və tərkibinə Çin,Hindistan və Yaponiya daxil olan İstasiya. Bu üç superdövlət romanın başından sonuna qədər biri biri ilə rəqabət aparırlar.
0 yorum

Çərpələng uçuran - Xalid Hüseyni

   "Səndən ötrü min yol..."  bu cümlə  ,bəlkə də, dostluğu ən yaxşı ifadə edən cümlədir. Bunu Həsən Əmir üçün işlədir əsərdə.
1 yorum

Oxucumuz Nemodan



salam.adətən kitab alanda çox düşünürük bunu almağa dəyərmi deyə.alsam əvvəl oxudğum maraqlı kitablar kimi olacaqmı!? bu kimi suallar verirsən öz -özünə.belə olan halda tanıdıqlarından soruşursan ya kitabın bir hissəsini oxuyursan,hər nəisə.düşünürəm ki, çox kitab oxuyan adamlarda belə bir şey olur.yəni yaxşı kitab tapma problemi və ya buna bənzər nəsə...bu baxımdan blogun bu bölümü fikrimcə yerində olub.yaxşı kitablar tapmaq üçün daha asan yol olar :)
 
;