Showing posts with label Kitabxana. Show all posts
Showing posts with label Kitabxana. Show all posts
0 yorum

Varis Dirie - "Səhra çiçəyi"

   Varis Dirie ilk dəfə qələmini məhz bu əsərdə sınayıb. Əsər təxəyyülünün məhsulu deyil, Varis sırf öz həyatını yazıb. Əsər onun hələ balaca qız ikən evdən (köçəri ailəsinin yanından) qaçması ilə başlanır. Oxuduqca onun uşaqlığından başlayaraq həyatı, başına gələnlər, yaşadığı çətinliklər barədə məlumat almaq olur. Müəllif Afrikadakı həyatın həm müsbət, həm də mənfi cəhətlərini qeyd edir.
0 yorum

Xalid Hüseyni - "Və dağlardan səda gəldi"


   Əsər Əfqanıstanda Şadbağ kəndində yaşayan kasıb bir ailənin Pəri və Abdullah adlı iki övladından bəhs edərək başlayır. Pəri üçün Abdullah qardaşdan çox daha artığı, Abdullah üçün isə Pəri hər şey deməkdir. Onlar ömür boyu ayrılmamağa, hər zaman bir-birlərinin yanında olmağa hələ çox kiçik yaşlarından söz verirlər. Onların anası, Pərini dünyaya gətirərkən ölmüş, ataları sonradan bir daha evlənmiş və başqa övladları da olmuşdur. Ata çox çalışır, ancaq yenə də ailəsini dolandırmağa gücü yetmir. Uşaqların ögey anası onları çox da istəmir. Onun Kabildə övladları olmayan, zəngin bir ailənin yanında işləyən Nəbi adlı qardaşı var. Nəbinin vasitəçilik etməsi ilə Pəri bu ailəyə övladıq verilir. 
0 yorum

Paulo Coelho - "Zahir"

   Kitab məşhur və zəngin bir yazıçının savaş müxbiri olan həyat yoldaşı Estherin bir gün anidən yoxa çıxması və yazıçının onu axtarmasından bəhs edir. Esther qaçırılıb, öldürülüb, yoxsa yazıçını tərkmi edib bunu heç kəs bilmir. Yazıçı həyat yoldaşını axtararkən hər zaman onunla aralarında keçən dialoqları düşünür və əslində onu heç başa düşmədiyini anlayaraq axtarış edir.
0 yorum

"Olasılıksız" - Adam Fawer

Kitabın baş qəhrəmanı David Caine həyatını ehtimallar üzərinə qurmuş bir statistikaçı və yaxşı poker oyunçusudur. Yenə də bir gün adəti üzrə poker oynamağa gedir, yaşlı Walter ilə stola oturur. Tez-tez uduzmasına baxmayaraq, məkanın sahibi Vitaly Nikolayevin ona borclarını vaxtında ödədiyi üçün verdiyi 15 minlik krediti ortaya qoyur. Kartları yaxşıdır və ehtimal hesablamalarına görə qazanacağını düşünür. Oynayarkən mədəsi də bulanır və beyni iyrənc qoxular alır, qusmamağa cəhd edərək elindəki kartları açır, Walter də kartlarını açmağa başlayanda Caine adamın əlində floşroyal olduğunu görür. Caine`in əlindəkilərə qalib gələ biləcək tək variant budur. Artıq hər şeyini itirmiş və Nikolayevə 15 min borcu vardır. Caine nəyəsə cəhd etmək istəyir, amma şüurunu itirib yıxılır
4 yorum

"Şahmat" - Stefan Zweig


     Nyu-Yorkdan Buenosa gedən bir gəmidə sərnişinlər arasında olan bir milyonçu, dünya şahmat çempionu Mirko Czentovicə pul qarşılığında şahmat oynamağı təklif edir. İkisinin oyununa tamaşa edən avstraliyalı
Dr.B oyun vaxtı özünü saxlaya bilməyib onların oyununa qarışır, bu vaxt ona çempionla oynamağı təklif edirlər.
1 yorum

"Polkovnikə məktub yoxdur" - Q. Q. Markes

 Dövrümüzün ən böyük yazıçılarından olan Qabriel Qarsiya Markesin ən gözəl uzun hekayələrindən biri. Ölkəsi uğrunda apardığı mübarizələrdən sonra xidmətlərinin qarşılıqsız qaldığını anlayan bir hərbçinin hekayəsi.
0 yorum

"Ejderha Dövmeli Kız" - Stieg Larsson

   Steig Larssonun Millenium seriyasının kitabları müəllifin ölümündən sonra bir çox dillərə tərcümə olunmuş, müxtəlif ölkələrdə məşhurlaşmış və satışlarında rekord nəticə göstərmişdir. Seriyanın ilk kitabı olan "Ejderha dövmeli kız" kitabı ilə başlayacağam.
0 yorum

Baba ve Piç - Elif Şafak

   Bu kitabın adını eşidəndən bəri oxumaq istəyirdim, adındakı ziddiyyət məni cəlb edirdi: Baba ve piç... Kitabı həmin vaxt oxumaq qərarım isə haqqında gedən mübahisələrdən yarandı. İnsanlar kitab haqqında şərhlər yazır, Elif Şafak`ı erməni əsilli və ermənipərəst olmaqla qınayırlar. Çoxları isə kitabı oxumadıqları halda şərh bildirir, "ermənipərəstliklə yazılmış kitabı oxumayın"-deyə hay-küy salır. Mən isə yazıçını sevən biri olaraq, kitabı oxuyub sonra fikir bildirmək istədim. Türkiyədən sifariş verdiyimiz kitab 1 həftə sonra əlimdə idi. 
1 yorum

Kimyagər - Paulo Coelho

   Salamlar... İlk yazımın verdiyi həyəcanla bugünə qədər oxuduğum kitablardan biri  ilə başlamağa qərar verdim. Hərçənd ki, artıq bu kitabı çoxlarının oxuduğunu bilirəm. Bəli, bu kitab ən sevdiyim və ən çox oxuduğum müəllifin - Paulo Coelho`nun "Kimyagər" romanıdır.
 
;