Sevgi həyatın mənbəyidir - Susan Polis Schutz

Sevgi; Qarşı tərəf xoşbəxtkən xoşbəxt olmaqdır. O, kədərliykən kədərli olmaqdır. Yaxşı vaxtlarda və pis vaxtlarda bir yerdə olmaq. SEVGİ GÜCÜN MƏNBƏYİDİR.


Sevgi; Hər zaman özünə və digər insanlara qarşı dürüst olmaqdır. Danışmaq, qulaq asmaq, gerçəklərə hörmət etmək və hiyləgərlik etməməkdir. SEVGİ GERÇƏKLİYİN MƏNBƏYİDİR.

Sevgi; Özünü tamamilə qarşı tərəfin bir parçası olaraq hiss etməkdir. Onu olduğu kimi qəbul etmək və başqa birinə çevirməyə çalışmamaqdır.  SEVGİ BİRLİYİN MƏNBƏYİDİR.


Sevgi; Təcrübələri onunla paylaşdığınız halda, öz arzularınızı yerinə yetirmə azadlığıdır. Onun yanında böyüməniz və onun sizinlə böyüməsidir. SEVGİ UĞURUN MƏNBƏYİDİR.


Sevgi; Birlikdə planlar qurma həyəcanıdır. Birlikdə nələrsə etmə həyəcanıdır. SEVGİ GƏLƏCƏYİN MƏNBƏYİDİR.


Sevgi; Fırtınanın qəzəbi, göyqurşağının sakitliyidir. SEVGİ EHTİRASIN MƏNBƏYİDİR.


Sevgi; Gündəlik vəziyyətlərdə vermək və almaqdır. Bir-birinin ehtiyaclarına və arzularına səbrli olmaqdır. SEVGİ PAYLAŞMANIN MƏNBƏYİDİR.


Sevgi; Nə baş verəcəyindən asılı olmayaraq onun hər zaman yanında olacağını bilməkdir. O, uzaqdaykən daim ürəyində saxlayıb, lakin onun üçün darıxmaqdır. SEVGİ GÜVƏNİN MƏNBƏYİDİR.


SEVGİ HƏYATIN MƏNBƏYİDİR!

   

Şərhlər:

Şərh bildir

 
;