"Olasılıksız" - Adam Fawer

Kitabın baş qəhrəmanı David Caine həyatını ehtimallar üzərinə qurmuş bir statistikaçı və yaxşı poker oyunçusudur. Yenə də bir gün adəti üzrə poker oynamağa gedir, yaşlı Walter ilə stola oturur. Tez-tez uduzmasına baxmayaraq, məkanın sahibi Vitaly Nikolayevin ona borclarını vaxtında ödədiyi üçün verdiyi 15 minlik krediti ortaya qoyur. Kartları yaxşıdır və ehtimal hesablamalarına görə qazanacağını düşünür. Oynayarkən mədəsi də bulanır və beyni iyrənc qoxular alır, qusmamağa cəhd edərək elindəki kartları açır, Walter də kartlarını açmağa başlayanda Caine adamın əlində floşroyal olduğunu görür. Caine`in əlindəkilərə qalib gələ biləcək tək variant budur. Artıq hər şeyini itirmiş və Nikolayevə 15 min borcu vardır. Caine nəyəsə cəhd etmək istəyir, amma şüurunu itirib yıxılır
Caine oyananda xəstəxanada olduğunu başa düşür, qarşısında Jasperi görür. Jasper onun əkizidir və bir müddət şizofreniya müalicəsi üçün xəstəxanada qalmışdır. Caine Jasperi gördüyünə çox sevinir, bir müddət söhbət edirlər və içəriyə Dr. Kummar girir. Caine`in epilepsiya xəstəliyi vardır və Kummar Caine`e 9 ay əvvəl dərman sınağı üçün təcrübəlik olmağını istəmişdi, lakin
Caine bunun mənfi təsirlərini eşidib qəbul etməmişdi. Ancaq artıq başqa şansı yoxdur, çünki krizlər davam edərsə, komaya girəcək. Borclarını ödəmək üçün isə ağlına bir fikir gəlir ki, əvvəlki tezis məslətçisindən onu məsləhətçilik layihəsi çərçivəsində işə almasını istəyə bilər. Müəllimi Doc ona analizlərin bir qismini etdirməyi qəbul edər, hətta bəxti gətirsə, Doc ona işə başlamadan belə pul verə bilər.
Nava Vaner gizli agentdir və koreyalılarla son bir vəzifə yerinə yetirməlidir, çünki onlarla gördüyü son işdə koreyalılar hesabına pul qoymuş, amma onlara verdiyi cd`lərdən biri zədələnmişdi. Bu səbəbdən koreyalılar Navadan cd`ni və ya pulu qaytarmasını istəyirlər. Amma bu artıq imkansızdır, çünki Nava işlədiyi Mərkəzi Kəşfiyyat İdarəsindən Elm və Texnologiya Araşdırma laboratoriyasına (BTAL) göndərilmiş və mərkəzdəki təhlükəsizlik kodları ləğv edildiyi üçün artıq koreyalılara informasiya çatdırması mümkün deyildir. İndi isə Navanın tək marağı yeni iş yerindən koreyalıları maraqlandıra biləcək informasiya tapmaqdır. Bəxti gətirir, çünki bir gün BTAL`da xakerlərin orada işləyən alim Dr. Tversky`nin komputerindən oğurladıqları sənədlərə baxarkən ancaq fantastik filmlərdə ola biləcək bir şey diqqətini çəkir; Dr. Tversky`nin müəllifi olduğunu iddia etdiyi layihə, əgər doğrudursa, bunu çox yüksək qiymətə sata biləcəyini düşünür.
Nava bir gün koreyalılara hər şeyi danışır və onlar da Navadan Tversky`nin layihəsinin məlumat bazasını və Alfa sınağını istəyirlər. Biraz bazarlıqdan sonra razılaşırlar.
BTAL dünyanın hər yerindən gələn alimləri dinləyib informasiya toplayır, beləliklə, heç bir ölkə ABŞ-dan güclü ola bilmir. James Forsythe 1997-ci il BTAL-ın müdiri olur. BTAL-da 6 agentliyə oğurluq məlumatlar yollayır və Forsythe`in yeni müştəriləri ilə arasındakı tək maneə BTAL yoxlama birliyidir. Forsythe`ə xaker olan Steve Grimes də kömək edir və senatorlardan birinin səhvini  tapmağa çalışırlar. Forsythe başa düşür ki, ayın axırında onun yerinə başqa birini işə alacaqlar. Cəmi 1 ayı var və BTAL`dakı ən möhtəşəm layihəni tapmalıdır. Bəxti gətirir, çünki bir neçə gün əvvəl oxuduğu xülasələrdən biri gələcək vəd edirdi. Dr. Tversky bir müddət idi ki, insan təcrübəliyin bədəninə beyin dalğaları üzərində böyük təsiri olan bir qarışıq vururdu. Forsythe təcrübəliyin adını bilmirdi, amma layihəni həyata keçirən Tversky`ni tanıyırdı.
Tversky, Forstythe və Nava Caine`i axtarır. Bir müddət əvvəl Dr. Tversky`nin Alfa sınağı Julia, Tversky`ə David Caine`i öldürməsini demişdi. Tversky bunu edəcəkdi, çünki Julia ölmədən əvvəl gələcəkdə olacaq hər şeyi görmüşdü.
Hər şey planlanır, Tversky David`in gələcəyi küçəni Julia`dan öyrənmişdi və oraya bomba yerləşdirmişdi, Caine gələrkən onu partladacaqdı. Forsythe də Caine`i tutmaq üçün yola düşür, ancaq Nava onlara oyun oynayıb.
Caine gələndə Tversky bombanı partladır, ancaq Nava bombanı görəndə Caine`i xilas edir. Caine Nava ilə qaçır, lakin Forsythe və Tversky onları tapmaq üçün komanda yığıb. David isə gələcəyi görmə bacarığı ilə bir neçə hadisədən qurtulur. Ancaq bir gün Forsythe, Caine və Jasperi tutur. Onlar tutulanda Nava tək cangüdənlərlə dolu yerə gedir və hamısın təsirsiz hala salıb Caine və Jasperi xilas edir. Onlar qaçarkən Tversky ortaya çıxır, əslində o, Doc`dur və bu qədər vaxtdır ki, Caine`in yanındadır, Caine öz bacarığı haqqında onunla xeyli söhbətlər etmişdir. Doc Davidin bacarığı ilə insanlıq tarixini dəyişdirəcəyini düşünürdü. Nava, Caine və Jasper oradan uzaqlaşa bilirlər. Hər üçü yaralıdır, çıxdıqları zaman qarşılarında Nikolayevin həkimlərini görürlər. Caine gələcəkdə bu anın olacağını gördüyü üçün bunu əvvəlcədən planlamışdı, həkimlərin tam vaxtında orada olmasını istəmişdi. Caine, həqiqətən də, xüsusi bacarığa malikdir.

Təəssüratlarım:

İlk 50 səhifədə hadisələr yavaş-yavaş irəliləsə də, davamı çox həyəcan verici və maraqlı bir əsərdir. İnsan oxuyarkən növbəti səhifəyə keçməyə can atır. Adam Fawer`ın özünəməxsus ifadə tərzi və bənzətmələri var. Çox insanın bəyənib, yerə qoymaq istəməyəcəyi bir kitabdır.

Seçdiyim cümlələr:

  • "Şahmat həyat kimidir", demişdi atası. "Hər fiqurun öz funksiyası vardır. Bəziləri zəifdir, bəziləri isə güclü. Bəziləri oyunun başında lazım olar, bəziləri isə sonunda. Amma qalib gəlmək üçün hamısını istifadə etməlisən. Eynilə həyatda olduğu kimi, şahmatda da hesab olmaz. On fiquru itirib, yenə də qalib gələ bilərsən. Şahmatın gözəlliyi də budur. İşlər hər an tərsinə dönə bilər. Qazanmaq üçün etməli olduğun tək şey taxtanın üzərindəki ehtimal olunan zərbələri və mənalarını yaxşı bilmək, qarşındakının nə edəcəyini dəqiqləşdirməkdir. 
  • Bitirmək üçün sabahı, başqasına anlatmaq üçün bitirməyi gözləməyəcəksiniz.

Şərhlər:

Şərh bildir

 
;