26-29 iyul tarixlərində Hüseyn Cavid parkı və Zabitlər bağında Ali və Nino kitab evinin təşkil etdiyi "Endirimli kitab yarmarkası" keçiriləcək.
Varis Dirie ilk dəfə qələmini məhz bu əsərdə sınayıb. Əsər təxəyyülünün məhsulu deyil, Varis sırf öz həyatını yazıb. Əsər onun hələ balaca qız ikən evdən (köçəri ailəsinin yanından) qaçması ilə başlanır. Oxuduqca onun uşaqlığından başlayaraq həyatı, başına gələnlər, yaşadığı çətinliklər barədə məlumat almaq olur. Müəllif Afrikadakı həyatın həm müsbət, həm də mənfi cəhətlərini qeyd edir.
Əsər Əfqanıstanda Şadbağ kəndində yaşayan kasıb bir ailənin Pəri və Abdullah adlı iki övladından bəhs edərək başlayır. Pəri üçün Abdullah qardaşdan çox daha artığı, Abdullah üçün isə Pəri hər şey deməkdir. Onlar ömür boyu ayrılmamağa, hər zaman bir-birlərinin yanında olmağa hələ çox kiçik yaşlarından söz verirlər. Onların anası, Pərini dünyaya gətirərkən ölmüş, ataları sonradan bir daha evlənmiş və başqa övladları da olmuşdur. Ata çox çalışır, ancaq yenə də ailəsini dolandırmağa gücü yetmir. Uşaqların ögey anası onları çox da istəmir. Onun Kabildə övladları olmayan, zəngin bir ailənin yanında işləyən Nəbi adlı qardaşı var. Nəbinin vasitəçilik etməsi ilə Pəri bu ailəyə övladıq verilir.
Subscribe to:
Posts (Atom)