Ernest Heminquey Kimdir?

   Ernest Heminquey (Ernest Hemingway) amerikan roman və qısa hekayələr yazıçısı, eyni zamanda jurnalistdi. 21 iyul 1899-cu ildə İllinoys ştatında anadan olmuşdu. Əsl adı Ernest Miller Heminqueydir. Nobel və Pulitzer mükafatları qazanmış yazıçıdır. İlk yazılarını məktəb qəzetinə yazmışdı.
   Valideynlərinin sözünə qulaq asmayan Heminquey universiteti tərk edib, müxbirliyə başlamışdı. 1917-ci ildə Amerika yavaş-yavaş Birinci dünya müharibəsinə qoşulurdu. Heminquey dərhal orduya müraciət etmiş, lakin sol gözü zəif olduğuna görə qəbul edilməmişdi. Bundan bir il sonra Qızıl Aypara`ya girərək, könüllü olaraq təcili yardım maşınında sürücülüyə başlamışdı. Müharibə vaxtı yaxınlığında partlayan topdan yaralanmış, özü yaralı olduğu halda italiyalı bir əsgəri çiynində daşımış, həmin vaxt qıçlarından da yaralanmışdı. Bu hadisədən sonra İtaliyada qəhrəman elan edilmiş və "Gümüş Şərəf Medalı" almışdı. Bu hadisədən sonra Milanda müalicə olunarkən bir tibb bacısına aşiq olmuş və bu eşq ona bir şah əsər - "Əlvida,silah" - yazdırmışdı.
   1921-ci ildə Hadli Riçardson ilə evlənən yazıçı Parisə qayıtmış və ən çox 1925-1929-cu illərdə məşhurlaşmışdı. Heminquey əsasən öz həyati təcrübələrinə dair yazmışdı. "Əlvida,silah"əsərində də bunu görmək olur, belə ki, əsərdə müharibədən təzəcə çıxan bir əsgər tibb bacısına aşiq olur.
  Yaradıcılığının zirvəsinə "Zənglər kimin üçün çalır" əsəri ilə çatan yazıçı həyatına müharibələrdə iştirak edərək davam etmişdi. 1942-ci ildə Amerika Dəniz Qüvvələrinə qoşulmuş və 1944-cü ildə Parisin qurtuluşunu şəxsən yaşamışdı.
   Heminquey Pulitzer mükafatını 1953-cü ildə "Qoca və dəniz" əsərinə görə almışdı. Növbəti il isə Nobel mükafatına layiq görülmüşdü. Nobel mükafatı alma səbəbi isə belə izah edilir: `Ən son "Qoca və dəniz" əsəri ilə göstərdiyi povest janrında ustalığı və müasir üsluba təsiri üçün.`
   Heminquey həyat yoldaşı ilə getdiyi Safari səyahətində təyyarə qəzası keçirdikdən sonra olduqca pessimist əsərlər yazmağa başlamışdır.
   Yazıçı gözəl bir həyatın ardından atası kimi özünü ov tüfəngi ilə vuraraq öldürmüşdü. Ailədə bir çox intihar hadisələri olmuş, yazıçının bacısı və qardaşı da intihar etmişdi. Bəzi iddialara görə intiharların səbəbi ailədə genetik olan ölümcül xəstəlikdir.

Əsərləri: 




  • "Əlvida, silah"                                                                 
  • "Bahar suları"
  • "Günəş də çıxar" 
  • "Olmaq ya olmamaq" 
  • "Zənglər kimin üçün çalır"
  • "Qoca və dəniz"
  • "Okeandakı adalar"
  • "Ədn bağçası"
  • "Afrikanın yaşıl təpələri"
  • "Qadınsız kişilər"
  • "Klimancaronun qarları"
  • "Ya həmişə, ya heç vaxt"
  • "Qalibə mükafat yox"
  • "Çayın arxasında, ağacların kölgəsində"
  • Şərhlər:

    Şərh bildir

     
    ;