"Lənətlənmiş Murphy qanunları"

   1917-ci ildə anadan olan Edward A. Murphy ABŞ hava qüvvələrində 1949-cu ildə raketlər üzərində sınaq keçirən mühəndislərdən biriydi.  Eksperimentlərdən biri pilot üzərində aparılırdı və 16 fərqli nöqtəyə akselometr taxılmalı idi. Bunlar sensor bir yapışdırıcı ilə ancaq iki cür taxıla bilərdi və mühəndislərdən biri 16 sensorun hamısını yalnış taxmağı bacardı. Bu hadisə üzərinə Murphy, sonralar qanun olaraq
müəyyənləşdiriləcək ilk deyimlərini mətbuat qarşısında açıqladı. Bir neçə ay ərzində "Murphy`nin qanunları" mühəndislik sahəsində çalışanlar arasında yayıldı və 1958-ci il, nəhayət, Webster lüğətinə daxil oldu.


Pessimistliyin kitabı

  1. Əgər özünüzü yaxşı hiss edirsinizsə, üzülməyin, keçər.
  2. Heç bir şey göründüyü qədər asan deyildir.
  3. Hər şey düşündüyünüzdın çox çəkər.
  4. Müəllimə maraqlı gələn mövzu, tələbəni sıxar.
  5. Nəsə etməyə cəhd etdiyiniz vaxt, mütləq, daha əvvəl etməli olduğunuz başqa bir şey olar.
  6. Bir şeyin tərs gedəcəyindən narahat olsanız, tərs gedər.
  7. Kəsə yol 2 nöqtə arasındakı ən uzun məsafədir. 
  8. Tənəfüsdə vaxt dərsdəkindən sürətli keçər.
  9. Xəta eləmə ehtimalınız həmişə eynidir.
  10. Axtardığınız şeyi son baxdığınız yerdə taparsınız.
  11. Bir şeyi ən ucuz qiymətə almaq üçün nə qədər çox araşdırırsınız araşdırın, satın aldıqdan sonra başqa yerdə daha ucuz olduğunu kəşf edərsiniz.
  12. Parlament fəaliyyətdə ikən heç kəsin həyatı, azadlığı və əmlakı güvəndə deyildir.
  13. Bir cihazı təmir etdikdən sonra, mütləq bir neçə bolt artıq qalar.
  14. Dəmiryollarına baxaraq qatarın hara getdiyini əsla bilməzsiniz.
  15. Bankdan kredit alarkən, əvvəlcə ehtiyacınız olmadığını isbatlamalısınız.
  16. Bir şeyi təmir edərkən təxmin etdiyinizdən daha çox vaxt aparar və daha baha başa gələr.
  17. Bir oğlan və ya qızın subay olmasının bir səbəbi vardır.
  18. Özünüzə uyğun birini tapdığınızda, ya evlidir, ya sevgilisi vardır, ya da geydir.
  19. Bir şeyi çox qurdalasanız, onu xarab edərsiniz.
  20. Xarab bir cihazın nəyinin xarab olduğunu təmirçiyə göstərmək istədiyinizdə mükəmməl çalışar.
  21. Hər kəsin lüzumsuz "necə varlanmaq olar" planları mövcuddur.
  22. Beyin x gözəllik x ailə vəziyyəti = sabit. Bu sabit isə sıfırdır.
  23. Həyatda gözəl olan hər şey ya qadağandır, ya əxlaqi deyildir, ya da kökəldicidir.
  24. Birinin sizə qarşı bəslədiyi sevgi hissi, sizin onu nə qədər sevdiyinizlə tərs mütənasibdir.
  25. Əldəki bir quş təpənizdəki bir quşdan daha etibarlıdır.
  26. Murphy`nin qızıl qaydası: Kimin qızılı varsa, qaydaları o, təyin edər.
  27. Tünelin ağzındakı işıq sizə tərəf gələn qatarın işığıdır.
  28. Hər kəsi məmnun etməyə çalışsanız, kimsənin xoşu gəlməz.
  29. Birinə "stol boyanıb, toxunma" desəniz, sizə inanmadan stola toxunar.
  30. Aşiq olduqları zaman, ağıllı adamla axmaq adam arasında heç bir fərq yoxdur.
  31. Böyük səhvlərin hamısı xətalar nəticəsində olub.
  32. Biz hərhansı bir mövzunun yüzdə birinin milyonda birini belə bilmirik.
  33.  Dizayn mühəndisinin əsas işi istifadəçi üçün onu emal etmək və təmirçi üçün təmirini çətinləşdirməkdir.
  34. Bir kişini əldə saxlamanın yolu onu buraxmayacaqmış kimi möhkəm sarmalamaqdır.
  35. Tərs getməsi mümkün bir neçə ehtimal içində ən çox zərər verəcək olan ehtimal gerçəkləşər.
  36. Lotereyada pul qazandığınız gün ölümünüzə çox qalmayıb deməkdir.
  37. Murphy fəlsəfəsi: Gülümsə... Sabah daha pis olacaq.
  38. Murphy sabiti: Dünyada nüfus dayanmadan artar, amma toplam zəka sabit qalar.
  39. Bir şeyin olma ehtimalı, arzulanması ilə tərs mütənasibdir.
  40. Yaxşı başlayan hər şey pis bitər. Pis başlayan hərşey daha pis bitər.
  41. Yerə düşən hər şey çatmağın ən çətin olduğu küncə yuvarlanar.
  42. Tıxacda hər zaman digər zolaq daha sürətlə irəliləyər.

1 yorum:

Unknown said...

Məncə bu qanunları işlərin tərs getdiyi zaman ironiya ilə qəbul etsək daha gözəl istiqamətə yönələ, ruhlana bilərik..

Şərh bildir

 
;