Qozlu kökə ("Cəvizli kükə")

Məndən dəfələrlə Ordubad kükəsinin reseptin soruşanlar oldu. Mən də artıq blogumda yayımlamaq qərarına gəldim. 

Xəmir:
  • 1 kq un
  • 4 yumurta (2-sinin sarısı üzəri üçün ayrılır)
  • 150 qram yağ
  • 20 qram maya
  • duz
  • süd (aparana qədər)
İçlik:
  • 500 qram çəkilmiş qoz
  • 2 ədəd soğan
  • duz, istiot
Hazırlanışı:
Xəmir yoğurur, mayalanmasını gözləyirik. Sonra kündələrə ayırır, yastılayaraq içlik qoyuruq. Kənarlarını vintvari bururuq. Üzərinə istənilən naxışı verə bilərik. Hazırladığımız "kükələr"in üzərinə ayırdığımız yumurtanın sarısını vurub, üzəri qızarana qədər bişiririk.
İçliyi hazırlamaq üçün isə soğanları doğrayıb yağda qovururuq. Çəkilmiş qozu əlavə edərək birlikdə bir neçə dəqiqə də qovurmağa davam edirik. Duz, istiot əlavə edib altını söndürürük. Soyuduqdan sonra istifadə edirik. Nuş olsun...









Şərhlər:

Şərh bildir

 
;