"Səndən ötrü min yol..." bu cümlə ,bəlkə də, dostluğu ən yaxşı ifadə edən cümlədir. Bunu Həsən Əmir üçün işlədir əsərdə.
Həsən milliyəti həzəra (xəzər) olan Əfqanistanda yaşayan xidmətçinin oğludur. Əmir isə bölgədə sözü keçən Kabilli zəngin bir işadamının tək oğludur.Bu iki uşaq həm yaxşı dost, həm də süd qardaşıdırlar.Əmir doğulanda anasını itirir.Həsənin anası isə doğuşdan bir neçə gün sonra dovşan dodaqla doğulmuş oğlunu və axsaq ayaqlı ərini buraxıb gedir.İki uşaq çox yaxın dost olsalar , eyni həyətdə yaşasalar da dünyaları fərqlidir.Həsənin atası olan Əli uşaqlıqdan Əmirin atası olan Babanın xidmətçisidir.Bundan başqa Həsən və Əli həzəra olduqları üçün bölgədə sevilmirlər.
Bu iki uşağın xarakterləri də fəqlidir.Həsən nə qədər bacarıqlı , cəsur , qorxmaz uşaq olsa da , Əmir onun tam əksidir.Bu isə Əmirin atasının xoşuna gəlmir . O, oğlunun da Həsən kimi olmağını istəyir.Əmirə isə atasının dostu Rəhim xan dəstək olur.
Həsən çox yaxşı çərpələng uçuran olur. Bir dəfə çərpələng yarışından sonra Həsən Əmirin qazandığı çərpələngi gətirmək üçün gedərkən onu sevməyən Asif və dostları tərəfindən təcavüzə məruz qalır və bunu Əmir görür , lakin qorxduğu üçün Həsənə kömək eləyə bilmir.Bu hadisə Əmirə çox pis təsir edir.O artıq Həsəni görmək istəmir.Səhvindən qaçır.Bir bəhanə ilə Həsən və atasını evlərindən göndərir.Ölkənin vəziyyəti pisləşdiyindən atası Əmiri də Götürüb Amerikaya qaçır.Əmir səhvlərindən də qaçdığını zənn edir o vaxt.Lakin O, sonralar günahları ilə üzləşməli olur.Heç bilmədiyi , atasının gizlətdiyi gerçəkləri öyrənir çox gec olsa da...
Əsərdə əsas olaraq ,hegemon dövlətlərin Əfqanistanı mərhələlərlə işğalından və əfqanların mübarizəsindən danışılır.Eyni zamanda dostluq, xəyanət, cinsi zorakılıq kimi faktorlar vurğulanır.Yazıçı əfqan xalqının yaşadığı əziyyəti Həsənin Əmir uğrunda yaşadıqlarının fonunda qələmə alır.
Oxucumuz Leyla Əlisoydan...Paylaşım üçün təşəkkürlər...
Oxucumuz Leyla Əlisoydan...Paylaşım üçün təşəkkürlər...
Şərhlər:
Şərh bildir