Steve Goodier - "Bir dəqiqə həyatınızı dəyişə bilər" silsiləsindən -2

   Bir daha əsla şikayət etməyəcəyəm.

  1970-ci illərin ortalarında bir nəfər səyahət edirdi və çox güclü yağış yağırdı. Adam yanacaq doldurma məntəqəsinə girdi, maşından düşməyərək yanacaq doldurulmasını gözləyərkən işçinin fit çala-çala, həvəslə işlədiyinin şahidi oldu. Bu havada belə bir həvəslə işləyən adam onu çox təəccübləndirdi.

   Məntəqədən ayrılarkən, üzgün bir səslə "Bağışlayın, sizi də bu havada çölə çıxmağa məcbur etdim" - dedi.

   İşçi, "Bu məni heç narahat etmədi. Vyetnamda savaşarkən bir çuxurun içində özümə söz verdim, əgər bir gün burdan sağ çıxa bilsəm o qədər şükr edəcəyəm və heç zaman, heç bir şeydən şikayət etməyəcəyəm" - dedi. Və etmədim də...
Davranış və dediyimiz sözlərin məsuliyyətini anlamalıyıq. Xoşbəxt və anlamlı bir həyət keçirmək üçün bu şərtdir.


Qeyd: Yazı üçün Elvin Əmirov`a təşəkkürlər...

Şərhlər:

Şərh bildir

 
;