Nyu-Yorkdan Buenosa gedən bir gəmidə sərnişinlər arasında olan bir milyonçu, dünya şahmat çempionu Mirko Czentovicə pul qarşılığında şahmat oynamağı təklif edir. İkisinin oyununa tamaşa edən avstraliyalı
Dr.B oyun vaxtı özünü saxlaya bilməyib onların oyununa qarışır, bu vaxt ona çempionla oynamağı təklif edirlər.

Atası vəkil olan Dr.B Hitlerin Vyananı işğalı zamanı sahib olduğu gizli sənədlərə görə Gestapo tərəfindən bir otel otağında bağlı saxlanılmışdı. Bu otaqda uzun müddət tək qalan və sadəcə sorğu üçün çıxarılan, heç bir məşğuliyyəti olmayan Dr. B bir gün əsgərlərdən birindən gizlicə şahmat kitabını oğurlayır. O, əldə etdiyi bu kitabdan şahmatın bütün incəliklərini öyrənir. Şahmat taxtası və daşları yoxdur, ancaq çörək içindən düzətdiyi şahmat daşları ilə, daha sonralar isə tamamilə zehnində oynayaraq şahmat ustası olur. Ancaq şahmat eşqi üzündən əsəb krizləri keçirir və beyin ağrılarına tutulur.
Təəssüratlarım:
"Şahmat" müəllifdən oxuduğum ilk və tək kitabdır. Əsər çox axıcı və sadədir. 71 səhifəlik bu kitabı bir nəfəsə bitirdim və çox da bəyəndim. Kitab beynin, zehnin gücünü, istədikdən sonra insanın bacarmayacağı heç nə olmadığını göstərir. Biz çox vaxt şəraitin, vəsaitlərin olmadığından gileylənirik, qəhrəmanımız Dr. B isə bizə sübut edir ki, insan şəraiti özü yaradır, - yaratmırsa, deməli, istəmir- qalan hər şey bəhanədir. Bundan əlavə, görürük ki, yalnızlıq bəzən istifadə edə biləcəyimiz ən böyük silahdır. Mövzusunun şahmat üzərində qurulması isə əsərin dadını damaqda qoyur. Əsərin məndə yaratdığı təəssüratlara görə müəllifin başqa kitablarını da oxumaq həvəsindəyəm. Siz də oxuyun, zövq alın...
Sevdiyim hissə:
Sözlərlə anlatılmayacaq bu hal dörd ay çəkdi. Eh, dörd ay, yazması asan: Altı-üstü bir neçə hərf! Deməsi də asan: Dörd ay, iki heca! Saatın dörddə biri qədər zaman içində dodaqlar belə bir səsi tezcə uydurub: Dörd ay! Amma boşluqda, zamansızlıqda keçən dörd ayın nə qədər çəkdiyini heç kimsə nə bir başqasına, nə də özünə anlata bilməz, ölçə və gözündə canlandıra bilməz; insanın ətrafındakı bu həmişə eyni heçliyin, bu həmişə eyni stol, çarpayı, ləyən və divar kağızının və həmişə eyni susqunluğun, insana baxmadan yeməyini içəri itələyən həmişə eyni gözətçinin, insanı dəli edənə qədər boşluqda dövr edən həmişə eyni düşüncələrin insanı necə yeyib bitirdiyini və yıxdığını kimsə anlata bilməz.

Şərhlər:
Əla əsərə oxşayır.. Çox gözəl şərh etmişsiniz. Ən yaxın zamanda bu kitabı alıb oxumaq istəyirəm. Bir daha təşəkkürlər.
salam.təşəkkür edirəm.oxumağa kitab axtarırdım.
məni cəfadan qurtardınız. :) sizdən bir xahiş etmək istəyirəm.mümkünsə bir gün oxusanız mütləq Totem və Tabu haqqında yazarsınız.ordan heç nə anlaya bilmədim.bilmirəm bəlkə düz baxış açısından yanaşmamışam.hər halda minnətdaram
Salam. "Şahmat"ı bir gündə bitirəcəksiniz. Növbəti kitab haqqında da düşünün. :)
İnşallah oxuyub yazaram, "oxunacaqlar" siyahıma əlavə edirəm... Fikrinizi bildirdiyiniz üçün təşəkkülər...
salam.əvvəla deyim ki belə gözəl əsər haqqında paylaşımınız üçün minnətdaram.həqiqətən əla əsərdi.düzdü bir günə bitirmədim amma tez bitdi.təəssüratlar..mənə əsərin sonluğu çox təsir elədi.ümumilikdə ilk olaraq əsər axıcı gəlmirdi.düzü sıxıcı obraz olan Czentovic haqda oxumaq da sıxıcı gəlirdi.ama sonra axıcılıq başladı və əsər insanı rəsmən özünə çəkir.son səhnə çox təsirli qələmə alınıb.
Şərh bildir