Hind fəlsəfəsinin 4 qızıl qaydası

İlk qayda:  "Qarşınıza çıxan insanlar hər kimsə, doğru insanlardır. Bunun mənası belədir, həyatımızda kimsə təsadüfən qarşımıza çıxmaz. Qarşımıza çıxan, ətrafımızda olan hər kəsin bir səbəbi vardır, ya bizi bir yerə apararlar, ya da bizə bir şey öyrədərlər."



İkinci qayda:  "Yaşanmış olan hər nə isə, sadəcə yaşanıla biləcək olandır. Heç bir şey, həm də heç bir şey yaşadığımız şeyi dəyişdirə bilməzdi. Yaşadığımızın içindəki ən əhəmiyyətsiz saydığımız detalı belə dəyişdirə bilmərik. `Elə etsəydim, belə olacaqdı` kimi bir cümlə yoxdur. Xeyr, nə yaşanıbsa, yaşanması lazım olan, yaşana biləcək olandır, dərsimizi alaq və ilərləyək deyə. Hər nə qədər şüurumuz və eqomuz bunu qəbul etməsə də, həyatımızda qarşılaşdığımız hər hadisə mükəmməldir."


Üçüncü qayda:  "İçində başlanğıc edilən hər an, doğru andır. Hər şey doğru anda başlar, nə erkən, nə gec. Həyatımızda yeni bir şeylər olmasına hazırsaq, o da başlamaya hazırdır."


Dördüncü qayda:  "Bitmiş olan bir şey bitmişdir. Bu qədər bəsitdir. Həyatımızda bir şey başa çatarsa, bu bizim inkişafımıza xidmət edər. Bu səbəbdən sərbəst buraxmaq, getməyinə icazə vermək və əldə etmiş olduğun bu təcrübəylə irəliyə tərəf baxmaq daha yaxşıdır."


Həyatda hər gün bizə bir hədiyyədir, qiymətini bilək və həyatın dadını çıxaraq... 
Özünüzə yaxşı baxın. ..






Şərhlər:

Şərh bildir

 
;