Steve Goodier - "Bir dəqiqə həyatınızı dəyişə bilər" silsiləsindən - 4

Tanrıdan qürurumu yox etməsini istədim.

Tanrı, "Yox. Qürur mənim yox edə biləcəyim bir şey deyil, sənin əl çəkə biləcəyin bir şeydir" dedi.



Tanrıdan şikəst uşağımı sağaltmasını istədim.

Tanrı, "Yox. Onun ruhu sağlamdır, bədən o qədər də önəmli deyil, o, müvəqqəti bir şeydir" dedi.


Tanrıdan mənə səbir verməsini istədim. 


Tanrı, "Yox. Səbir böyük əzablar çəkərək öyrəniləcək bir şeydir. Səbir verilməz, ona layiq olmaq lazımdır" dedi.



Tanrıdan məni xoşbəxt etməsini istədim.

Tanrı, "Yox. Mən sadəcə nemətlərimi təqdim edərəm, xoşbəxt olmaq sənə bağlıdır" dedi.


Tanrıdan məni çəkdiyim əzablardan xilas etməsini istədim.

Tanrı, "Yox. Çəkdiyin əzablar günlük narahatçılıqların önəmsizliyini anlamanı, onlardan uzaqlaşmanı və mənə daha çox yaxınlaşmağını təmin edir" dedi.



Tanrıdan ruhumu kamilləşdirməsini istədim.

Tanrı, "Yox. Öz-özünə kamilləşməlisən, ama meyvələrini almağın üçün kömək edəcəyimə əmin ola bilərsən" dedi.



Tanrıdan həyatı sevməmə səbəb olacaq hərşeyi istədim.

Tanrı, "Yox. Mən sənə həyatı verəcəyəm, beləcə həyata dair hər şeyə sahib ola bilərsən" dedi.



Tanrıdan, tanrıya duyduğum sevgini, başqalarına da  duya bilməyi istədim.

Tanrı belə dedi: "Ohhh! Nəhayət doğru bir şey istədin"



Ruhu kamilləşməmiş bir bəndə tanrıya həmişə "mənə ver ..." ilə bitən dualar edər, kamilləşmiş bir ruh isə "verməmə şərait yarat..." deyə bitirər dualarını...




1 yorum:

Anonymous said...

Çox gözəl..

Şərh bildir

 
;