Dəyişimin başladığı yer
Yaşlı bir sufi özü haqqında bunları demişdi, "Gənckən inqilabçıydım və Tanrıya dua edərkən, `Tanrım, mənə dünyayı dəyişdirə biləcək güc ver` deyərdim. Orta yaşa çatdıqca və ömrümün yarısının bircə insanı belə dəyişdirə bilmədən uçub getdiyini gördükcə duamı belə dəyişdirdim:
`Tanrım, mənimlə birlikdə olan insanları dəyişdirə bilməyim üçün mənə bacarıq ver, əsasən də ailəmi və dostlarımı. Onda xoşbəxt olaram.`Yaşlı bir sufi özü haqqında bunları demişdi, "Gənckən inqilabçıydım və Tanrıya dua edərkən, `Tanrım, mənə dünyayı dəyişdirə biləcək güc ver` deyərdim. Orta yaşa çatdıqca və ömrümün yarısının bircə insanı belə dəyişdirə bilmədən uçub getdiyini gördükcə duamı belə dəyişdirdim:
İndi yaşlı bir adamam və günlərim sayılıykən nə qədər axmaq olduğumu görməyə başladım. Artıq tək duam belədir, `Tanrım, mənə özümü dəyişdirə biləcək qüvvət ver.` Əgər başdan bəri belə dua etsəydim, həyatımı boşa keçirməmiş olardım."
İllərimizi başqalarını dəyişdirməyə çalışaraq keçirə bilərik. Amma əslində dəyişdirə biləcəyimiz tək bir nəfər vardır: Özümüz... Nəticə etibarilə, onsuz da, bu kifayət edəcəkdir.
1 yorum:
Bu silsilenin davam etmesine cox sevindim. Cox maraqli yazilar olur, teshekkurler.
Şərh bildir