Romandakı hadisələr totalitar bir dövlət olan Okeaniyada baş verir.Bu dövlət dünyanın hardasa üçdə birini əhatə edən, tərkibinə Şimali ,Cənubi Amerika, Böyük Britaniya, Afrikanın bir hissəsi, Avstraliya və Okeaniya adaları daxil olan bir dövlətdir. Eyni zamanda dünyada onun kimi iki güclü dövlət də vardır. Tərkibinə Rusiya və Avropa daxil olan Avrasiya və tərkibinə Çin,Hindistan və Yaponiya daxil olan İstasiya. Bu üç superdövlət romanın başından sonuna qədər biri biri ilə rəqabət aparırlar.
Yazıçı Okeaniyanı idarəsi çox sərt və işgəncəli olan bir dövlət kimi təsvir etmişdir. Vətəndaşların heç bir hüququ , şəxsi həyatı yoxdur. Ölkədə insanlar üç təbəqədən ibarətdir- Daxili Partiya, Kənar Partiya, prollar. Birinci təbəqə insanlarının azlıq təşkil etməsinə baxmayaraq bütün hakimiyyət və sərvətlər onların əlindədir. Daxili Partiyadan fərqli olaraq Kənar Partiyanın üzvləri kasıb, dilənçi vəziyətindədir. Prollar isə insan yerinə qoyulmayan, heç bir təhlükə törətməyən və ölkədə çoxluq təşkil edən proleteriyatdır. Ölkənin hakimiyyəti Böyük Qardaşın əlindədir, lakin onun harda olduğunu, necə biri olduğunu, yaşayıb-yaşamadığını heç kim bilmir. Sadəcə ona sitayiş edirlər, ondan qorxurlar. Bütün küçə və meydanlar, müəssəsələr, yaşayış binaları onun xəyali portretləri ilə bəzədilmişdir. Hər bir okeaniya vətəndaşı onun sərt nəzərini hər daim üzərlərində hiss edir.

Hakimiyyət dörd əsas nazirliyin əlində cəmlənmişdir. Bunlar Sevgi, Həqiqət, Sülh və Rifah nazirlikləridir. Maraqlısı da budur ki ,bütün nazirliklər öz adlarının əksi olan işlərlə məşğul olur. Əsərin baş qəhrəmanı Smit də Həqiqət nazirliyində işləyir. Ölkədə insanların asanlıqla izlənilməsi üçün hər yerdə teleekranlar quraşdırılmışdır və bunların yatanda belə söndürülməsinə icazə yoxdur.Yalnız Daxili Partiya üzvləri gün ərzində yarım saat söndürə bilərlər.
Ölkə İngsos-ingilis sosyalizmi ideyası ilə idarə olunur. Əsas prinsipləri ikifikirlilikdir. İkifikirliliyi əsərdə yazıçı belə açıqlayır ki, hər kəs eyni anda bir-birinə əks olan iki fikrə də inanmalı , qəbul etməlidir. Partiyanın əsas şüarı isə belədir: Müharibə - Sülhdür, Azadlıq- Köləlikdir, Cəhalət -Qüvvədir.
Ölkədə ən ağır cinayət Fikir cinayətidir , belə ki, insanların nəinki dövlətə zidd olan hər hansı hərəkəti eləmək, onu ağıllarıdan belə keçirmək ixtiyarları yoxdur. Belə olan halda onaları işgəncə və ölüm gözləyir. Ən pisi də işgəncənin elmi-psixoloji xarakter daşımasıdır.
Bir də ölkədə Yenidil yaratma işləri aparırlar, düşünürlər ki, Böyük Qardaş əleyhinə olan bütün sözləri lüğətdən çıxardıqdan sonra fikri ifadə etməyə söz tapılmayacaq, fikir çürüyüb itəcək və Böyük Qardaş əbədi hökmran olacaq. Bir sözlə Daxili Partiya hər cəhətdən küt bir cəmiyyət yaradıb onları özləri üçün qula çevirmək fikrindədir.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh0Bh51tqMGUDwyY6MWoZ8wvDw6NlShrUYG6KZ9TKbhTuDBY8XAYqqqWTXi1z6_D4ucm8uNEYpvixcQ3wuTnt77gi3cZYQ95jJuWRnxLuOlsSxoH9-w3LcfVGa57jfOU1rdGuoJX_Mk1jVg/s1600/Corc-Oruel-1984-son.jpg)
Oxucumuz Leyla Əlisoydan...
Şərhlər:
Şərh bildir