Fyodor Mixayloviç Dostoyevski kimdir?

 Fyodor Mixayloviç Dostoyevski 30 oktyabr 1821-ci ildə Moskvada atasının həkim olaraq çalışdığı "Kasıblar xəstəxanası"na aid bir binada anadan olmuşdur. 1837-ci ildə anasının ölümündən sonra Sant-Peterburqa gedir və orada Hərbi Mühəndislik Məktəbinə qəbul edilir. Sinif yoldaşlarından biri onun haqqında belə deyirdi: "Həmişə özünü ayrı tutardı, heç vaxt dostları ilə
əyləncələrdə iştirak etməz və adətən bir küncdə əlində kitabla oturardı." Ona maddi dəstək olmağı rədd edən atasının bu rəftarı onu biraz da içinə qapalı edirdi. Hətta bu maraqsılığına görə atasına təhqirlərlə dolu bir məktub da göndərmişdi. Lakin ata Dostoyevski ona cavab yazmağa fürsət tapmamış öldürüldü. Ailəsinin dediyinə görə, həyatı boyu ona əzab çəkdirən krizlərin də ilkini bu dövrdə yaşamışdı. 
 Mühəndislik məktəbində imtahanlarını verdikdən sonra Dostoyevski baş leytenant vəzifəsinə təyin edildi. 1844-cü ildə o, özünü yazıçılıq sənətinə həsr etməkdən ötrü vəzifəsindən ayrıldı. 1846-cı ildə ilk romanı "İnsancıqlar"-ın çap edilməsi ilə gənc yazıçılar içində ən çox gələcək vəd edən oldu. Tənqidçi Belinsky vasitəsilə bir çox önəmli şəxsiyyətlərlə tanış oldu və yazıçılıqla bağlı dərslər keçdi. Lakin uğuru uzun çəkmədi. "İnsancıqlar"ın ardından yazdığı bir neçə romanı tənqid olundu və Dostoyevski Belinskinin salonundan uzaqlaşmağa başladı, çünki orada əvvəllər ona qarşı "dostdan da ötə" olmuş Turgenyevin də istirak etdiyi lağ mövzusuna çevrilirdi. 
 Həmin vaxt Petraşevskinin rəhbərlik etdiyi başqa bir gənclər birliyinə qoşulmuşdu. Bu birlikdəkilər fransız və rus siyası islahatlarını müzakirə etmək üçün toplanmışdılar. 1848-ci ildə "Petraşevski birliyi" üzvləri həbs edildi və Dostoyevski Omskda bir həbsxanaya göndərildi. Həbsxana "yeraltına basdırılmış bir insan" kimi yaşadığını yazdı. "Yaxınımda səmimi söhbətlər edəcəyim bircə varlıq yoxdu. Soyuğa, aclığa və xəstəliyə dözdüm. Ağır işlərdən əziyyət çəkdim və yaxşı bir ailədən gəldiyimə görə məni sevməyən məhkumların nifrəti həmişə üzərimdə idi. Bu əzablı vəziyyət içinə qapalılığını artırdı, amma "öz içimə qapalılıq meyvələrini verdi." 1854-cü ildə cəzasını tamamlamaq üçün əsgər kimi Semipalitinskə göndərildi. Beş il sonra dostlarının köməyilə cəzası ləğv edildi.
 Sant-Peterburqa dönüşü ilə Dostoyevski "Ölülər" və "Əzilənlər"i yayımladı. Həmin vaxt böyük qardaşı Mixayl ilə bir yerdə "Zamanlar" adlı uğurlu bir jurnal qurdu. Lakin bu jurnal 1863-cü ildə səhv anlaşılmaya görə dövlət tərəfindən bağlandı. Dostoyevskilərə jurnalın adını dəyişib "Cığır" adı ilə yenidən yayımlamağa icazə verildi, amma yeni yayım diqqət çəkmədi. Qardaşı öldükdən sonra Dostoyevski jurnalı yayımlamağı dayandırdı. Özünü borc içində və qardaşının ailəsinə baxma məsuliyyəti qarşısında gördü.
 "Cığır"ın uğursuzluğu Dostoyevskini daha sonrakı bütün əsərlərində iz qoyan bir fərdi böhrana saldı. Sibirdə olarkən ağıllı, amma əxlaqsız bir məktəb müəlliminin dul arvadı olan Maria Dimirtrievna İsaev ilə evlənmişdi. Evlilik heç birinə xoşbəxtlik gətirmədi və Sant-Peterburqa qayıtdıqdan qısa müddət sonra Dostoyevski Polina Suslova adında aqressiv bir qadınla yaxın münasibət qurdu. Polina onun işlərinə ciddi təsir etmiş və qumar həvəsini bir az alovlandırmışdı. Rusiyadan ayrı olduqları bir vaxtda Polina xəstələnərək öldü. Bu hadisələr Dostoyevskiyə "Yeraltından qeydlər" əsərini yazdırdı.
 Növbəti illərdə Dostoyevski tez-tez krizlər keçirir, kasıblıq və qumarbazlıqdan əlavə çətinliklər çəkirdi. Maddi çətinliklərə görə nəşriyyatlarla əlverişsiz müqavilələr imzaladı və onlar tərəfindən "Cinayət və cəza" (1866) və "Qumarbaz" (1867) kimi şahəsərləri möhtəşəm bir sürətlə yazmağa məcbur edildi. "Qumarbaz"ı yazarkən Anna Qriqorievna Snitkin adında bir katibə tutdu və eyni il onunla evləndi. Roman yazıçısı olaraq uğurları borclu olduğu adamları susdurmağına kömək etdi, amma "bu digərlərini o qədər əsəbləşdirdi ki", günahlandırılmaqdan qurtulmaq üçün Sant-Peterburqu tərk etməli oldu. "Həmişə xarici bir ölkədə yad kimi" yaşamalı olacağından gileylənənməsinə və "yazma bacarığını tamamilə itirəcəyi" barədə qorxusuna baxmayaraq, xaricdə yaşadığı dörd il həyatının ən məhsuldar dövrü oldu. Cenova və Veveydə "Səfeh" (1868-69), Dresdendə "Əbədi ər" (1870) və "Cinlər" (1871) əsərlərini yazdı. Sürgündə olarkən Dostoyevski qəzət tipli bir şey yayımlamağı və bu yolla inancları barədə "bir dəfə olsun son sözü deməyi" planlayırdı. Bu planını 1876-cı ildə "Bir yazıçının günlüyü"nü yayımlamaqla həyata keçirdi. Bununla da "Zamanlar"da başlatdığı beynəlxalq və demokratik xristiyanlıq tədrisini genişləndirdi. Fəaliyyətinin nəticəsində bir jurnalist olaraq sözü keçən biri oldu və geri qalan illərini daha yaxşı mühitdə keçirdi. 1877-ci ildə "Böyük bir günahkarın həyatı" adında çox geniş bir seriyanı əmələ gətirmək üçün yayıma fasilə verdi. Bu "bütün həyatım boyu mənə şüurlu ya da şüursuz olaraq işgəncə edən" Tanrının varlığı problemi ilə əlaqəli bir çalışma idi. Bitirdiyi çalışmanın ən sevimli bölməsi olan "Karamazov qardaşlar" 1880-ci ildə nəşr edildi.
 Həmin il Rus Yazıçı Dostları Birliyinin Moskvadakı Puşkin abidəsinin açılışında çıxış etməsi üçün onu dəvət etməsi şöhrətini zirvə nöqtəsinə qaldırdı. Çıxışı bitirdiyi anda "qərbli" düşüncələri uzun müddət fərdi böhranına səbəb olmuş Turgenyev belə "məni öpüşlərə boğmaq üçün yanıma gəldi və təkrar-təkrar böyük işlər gördürdüyümü bildirdi" deyirdi.
 Dostoyevski sonrakı il 28 yanvarda vəfat etdi. 




Şərhlər:

Şərh bildir

 
;