Əsər ilk dəfə 1988-ci ildə Portuqal dilində nəşr olunub, sonradan 30-a yaxın dilə tərcümə edilib.
Kimyagərdə İspaniyadan öz xəzinəsini axtarmaq üçün Misirə gedən çoban Santiaqonun nağılvari həyat hekayəsindən bəhs edilir. Santiaqonun ən böyük xəyalı səyahət etməkdir. O, xəyalına çatmaq üçün oxuma və yazmağı yaxşı bildiyi halda çoban olmağı seçir. Çox səyahətlər edir. Təkrar-təkrar gördüyü yuxunun təsirinə düşür, yuxunu yozması üçün falçı qadının yanına gedir. Falçı qadın Santiaqonun Misirə gedəcəyini və orada xəzinə tapacağını deyir. Beləcə Santiaqonun xəzinə axtarış macərası başlayır.
Çox məlumat verib, kitabın sonu ilə bağlı yazaraq oxuma marağınızı öldürmək istəmirəm. Qısacası, kitabın əsas ideyası odur ki, insanın xəyallarına çatmasının ən gözəl yolu öz verdiyi qərarlarla irəliləməsidir.
Təəssüratlarım: Taleyin qarşısına keçə bilməsən də, xoşbəxtlik sənin əlində. Hər kəsin öz həyatına uyğun anlar tapa biləcəyi gözəl və sadə bir roman.
Kitabdan sevdiyim cümlələr:
- Ürəyinə de ki, əzab qorxusu əzabın özündən də pisdir.
- İnsan sevdiyi üçün sevər, eşqin heç bir bəhanəsi yoxdur.
- Xəyalımı gerçəkləşdirməkdən qorxuram, onda yaşama səbəbim olmayacaq.
1 yorum:
salam.əsər həqiqətən də möhtəşəm əsərdir.xüsusilə də insanın arzusu ,istəyi,yaşam məqsədi haqqında düşüncələrini düzəldəcək ya da yaradacaq bir əsərdi...
ulduzlara çatmanız vacib deyil,onlar sizə qaranlıq gecələrdə yol göstərər...Fransız atalar sözü
Şərh bildir