Dövrümüzün ən böyük yazıçılarından olan Qabriel Qarsiya Markesin ən gözəl uzun hekayələrindən biri. Ölkəsi uğrunda apardığı mübarizələrdən sonra xidmətlərinin qarşılıqsız qaldığını anlayan bir hərbçinin hekayəsi.
Pensiyaya çıxdıqdan sonra bütün həyatını gəlməyən təqaüdünü gözləməyə həsr etmiş polkovnik hər cümə günü qəsəbəyə gələn poçtalyonu qarşılamaqdan bezmir. O və həyat yoldaşı oğullarının ölümündən sonra ondan geriyə qalan xoruz ilə birlikdə yaşayırlar.
Markesin yazı tərzinə uyğun olaraq hekayə çox yavaş irəliləyir, surətlər çox durğun həyat yaşayır, belə sakitliyin içində obrazların dilindən gözlənilməyən cümlələr verilir. Əsərin qəhrəmanları sanki ölümə və tənhalığa meydan oxuyur. Markesin 1982-ci ildə aldığı Nobel Ədəbiyyat Mükafatında, sözsüz ki, bu əsərin də rolu böyükdür. Markesin acıyaraq tənqid etdiyi həyat gerçəkliklərindən ibarət olan bu əsər gözəl ədəbiyyat nümunəsidir.
Təəssüratlarım:
Əsəri oxuyarkən hadisələrin belə yavaş inkişafı məni sıxırdı, lakin yenə də kitabdan əl çəkə bilmir, sonunu səbrsizliklə gözləyirdim. Baş qəhrəmanımız polkovnik elə fərqli, səbrli və dözümlü insandır ki, "Dünyada belə insan varmı?"-deyə düşünməkdən özümü saxlaya bilmirdim. Polkovnikin həyat yoldaşı isə ailə həyatında tez-tez rastlaşdığımız və övlad itkisinin ağrısını çəkmiş qadınlardandır. Düzdür, o da dözümlüdür, lakin yenə də müəyyən vaxtlarda deyinməkdən özünü saxlaya bilmir.

Əsər çox durğun olsa da, hərhalda, Markesi oxumağı qərar alan biri üçün gözlənilən haldır.
Sevdiyim cümlələr:
- "Pensiya işini gecikdirən məmuru düşünürəm."- deyə yalan atdı palkovnik. "Əlli il sonra biz yerin iki metr altında hüzur içində yatarkən o yazıq hər cümə pensiyasının verilməsini gözləyərək ölüb-ölüb diriləcək."
- "Keçən həftə yatağımın başında bir qadın peyda oldu.", dedi. "Ondan kim olduğunu soruşa bildiyimdə, "Mən on iki il əvvəl bu otaqda ölən qadınam," deyə cavab verdi." ""Axı bu ev hələ iki il əvvəl tikilib."
"Düzdür," dedi qadın. "Demək ölülər belə yanıla bilir." - Polkovnikin bu ana çatması yetmiş beş ilini - anbaan- həyatının yetmiş beş ilini- almışdı.
1 yorum:
Əla, məqalədir. Şəkil də özünəməxsusdur. Təbriklər.
Şərh bildir