"Şokolad topları"

Tərkibi:
  • 1 paket peçenye (ETİ pötibör)
  • 1 plitka südlü şokolad
  • 2 x q margarin (yumşaldılmış)
  • 1 st şəkər tozu (şəkəri blenderdan da keçirib toz halına sala bilərsiniz)
  • yarı st süd
  • 1 st hind qozu (kokos)
  • yarı st çəkilmiş qoz içi
  • 2 x q kakao
Hazırlanışı:
Peçenyeləri blenderda çəkib un halına salın. Şokoladı alçaq temperaturda əridib, yoğurma qabına alın. Kokosdan başqa bütün ləvazimatları əlavə edin. Ləvazimatlar qarışınca yoğurub xəmir halına salın. Xəmir ələ yapışmayacaq formada və bərk olmalıdır. Lazım gələrsə, peçenye əlavə edə bilərsiniz. Xəmirdən qoz böyüklüyündə hissələr qopardaraq top formasına salın.(başqa formaya da salmaq olar.) Topların üzərini kokosa bürüyüb düz bir qaba yığın. Yarım saat soyuducuda saxladıqdan sonra üzərinə kürdan batırıb süfrəyə verin.






Şərhlər:

Şərh bildir

 
;