Çalışmaq,
çalışmaq, çalışmaq...
Tanıdığım
biri həyatıyla bankının bir birilərinə çox oxşadığını demişdi. Doğrudur - hər ikisində də nə qədər investisiya qoysan o
nisbətdə geri ala bilirsən. Lakin bu mənim bankıma görə çox keçərli deyil. Belə
ki, əgər həyatıma qoyduğum investisiyaya diqqət etsəm, həyatımdan daha çox zövq və qazanc əldə edə
bilərəm.
Gary
Player uzun illər yerli və beynəlxalq qolf turnirlərində bacarığı ilə seçilən
bir oyunçu idi. İnsanlar ona çox vaxt belə deyirdilər, “Topa sizin kimi vura
bilmək üçün hər şeyimi verərdim”.
Bir gün yenə eyni sözlərlə qarşılaşan Player
özünü saxlaya bilməyib cavab verdi. “Xeyr, verməzdiniz. Topa mənim kimi vura
bilmək üçün hər şeyi, ancaq asan olsaydı verərdiniz! Topa mənim kimi vurmaq
üçün nə lazım olduğunu bilirsiniz? Hər səhər saat 5:00-da qalxıb, qolf
meydançasında 1000 dənə topa vurmağınız
lazımdır. Əlləriniz qanamağa başlayanda klub binasına gedib əlinizin qanını təmizlədikdən
sonra bint bağlamalı və qayıdıb 1000 topa yenidən vurmağınız lazımdır. Topa mənim
kimi vurmaq üçün bu lazımdır.”
Playerin
hədəfi məşğul olduğu idamanın zirvəsində
olmaqdır. Bu uca hədəf çalışmaq, çalışmaq və daha çox çalışmağı tələb edir. Hamımız
həyatımızda mükəmməlləşməyi arzu edirik – sevmək, sevilmək, əylənmək və gözəl
münasibətlər qurmaq. Lakin neçəmiz bunun üçün investisiya qoyuruq? Eyni topa
vurmaq kimi belə şeylər çox çalışmaqla mümkün olur.
Daxilinizdə istək olmasa belə sevgi üçün can atırmısınız? Xoşbəxt olmasanız belə zövq almaq üçün cəhd edirsinizmi? Çətin işlər üçün əlavə vaxt sərf edirsinizmi? Bilirəm, bu asan bir şey deyil, amma gözəl nəticə almaq üçün dözməyə dəyər.
Şərhlər:
Şərh bildir