Steve Goodier - "Bir dəqiqə həyatınızı dəyişə bilər" silsiləsindən -1

   Salam dostlar. Bu başlıq altında Steve Goodier`in - "Bir dəqiqə həyatınızı dəyişə bilər" kitabından sevdiyim hissələri paylaşacağam. Kitabın kiçik hekayələr formasında yazılması oxunuşu daha da asanlaşdırır və bir cib kitabı kimi əvəzedilməz edir. Kitabda ən sevdiyim hissələrdən biri ilə başlayıram.



ÇƏTİRİNİZİ GƏTİRİN


   Bir yay fəsli.. Quraqlıq kiçik bir qəsəbədəki əkin üçün təhlükə törədirdi. İsti və quru bir bazar, qəsəbə keşişi camaata belə dedi:

"Bizi yağış duasından başqa heç nə qurtara bilməz. Evə gedin, dua edin, inanın və gələcək bazar göndərdiyi yağışa görə Tanrıya təşəkkür etməyə hazır olaraq gəlin."
   İnsanlar onlara deyilənləri etdilər və sonrakı bazar günü yenə yığışdılar.
"Bu gün dua edə bilmərik. Siz hələ kifayət qədər inanmırsınız." - dedi keşiş.
"Amma" - deyə etirazlar eşidildi. "Dua etdik və həqiqətən inanırıq." - dedilər.
"İnanmaqmı?" - deyə soruşdu keşiş. "Bəs çətirləriniz hanı?"

   Hekayə hər birimiz üçün keçərlidir. Çətirlərini götürmədən gələn insanlar yalnız dua və arzu edərlər, nəticəni gözləyərlər. Əslində isə nəticəyə heç inanmazlar.
Bəzi insanlarsa xəyal və arzularının gerçəkləşməsinə inanarlar, həyatlarının sonunadək arzularının baş verəcəyi anı gözləyərlər.
Bu gün dua etdiyinizə, arzuladığınıza yaxınlaşmaq üçün nə edəcəksiniz? Dua edib nəticəsinə inanacaq, çətirlərinizi gətirəcəksinizmi?
Qeyd: Şəkil Amin Hamidnezhad








Şərhlər:

Şərh bildir

 
;