"Unudulmaz dadlar"

   Bəzi dadlar əvəz edilməz,bəzi hisslər unudulmaz...
   Xoşbəxtliyin dadı unudulmaz; Uşaqlıqlıqda ən sevdiyimiz şokoladın adını, hətta dadını belə çoxlarımız unuda bilərik. Lakin bir insanın başımızı tumarlayaraq bizə bəxş etdiyi sevinci unutmuruq. Xoşbəxtliyin dadı elə əvəz edilməzdir ki, dadına bir dəfə baxan əsla unutmaz. "Yapon suşisi"nin, "İtaliya lazanyası"nın, hətta "Neapol pizzası"nın belə dadı unudular,amma xoşbəxt hiss etdiyimiz anların dadı unudulmaz.

   Azadlığın dadı unudulmaz; Sarayda yaşayan,özünü bildiyi gündən qul olub, azadlığın dadına belə baxmamış insan quru çörəklə, bəzən ac, bəzən susuz, quru yerdə yataraq, döyülüb-söyülərək belə qul olmağa razıdır. Bircə saat azadlığın dadını görsə, bircə anlıq azadlığı hiss etsə, dönməz nökərliyə. Sarayda ona ən gözəl yeri versələr, padişah süfrəsindən yedirtsələr, sultanın başına tac etsələr belə azadlığın dadına əsla dəyişməz. Osmanlı mətbəxindən "Fodula"nın, "Mahmudiyyə"nin, "Qovun dolması"nın dadı belə unudular, azad olduğumuz anların dadı unudulmaz.
   Sevginin dadı unudulmaz, sevdiyinin dadı əvəzedilməz; Dünyanın ən məşhur yeməklərinin dadına baxmaya bilərsiniz, ən gözəl yerləri də gəzməsəniz olar, ən yaxşı romanları oxumamış, ən yaxşı şairləri tanımamış ola bilərsiniz, amma sevginin dadına baxmağa çalışın. Ən romantik ləzzətlər hesab edilən "Belçika şokoladı"nın, "Arabika kofesi"nin, hətta yediyiniz ən gözəl meyvə salatının belə dadı unudular, sevdiyiniz anların dadı əsla unudulmaz.
   Ən gözəl dadları hiss etməmiz ümidilə...

Şərhlər:

Şərh bildir

 
;