Salam. Bugündən etibarən Blogumuzda reseptlər də paylaşmaq istəyirik. Sadə reseptlərlə başlayacaq, əgər bəyənilsə bu bölməni də davam etdirəcəyik. Ümid edirik ki, xanımlara və mətbəxdə yaxşı olan bəylərə köməyimiz dəyər.
İlk resept olaraq "Yaşıl keks"lə başlayaq.
Tərkibi:
- 3 yumurta
- 1 st. şəkər
- 1 st. qatıq
- 1 armudu st. duru yağ
- 1 armudu st. ispanaq suyu
(şirə çəkən maşında çəkirik)
- 1 paket qabartma tozu
- 1 paket vanil
- 2,5 st. un
Hazırlanışı:
Yumurta və şəkəri ağappaq köpüklənənə qədər mikserlə qarışdırırıq. Üzərinə qatıq, duru yağ və ispanaq suyunu tökərək qarışdırmağa davam edirik. Un, vanil və qabartma tozunu ələyərək əlavə edir, ehtiyatla taxta qaşıqla qarışdırırıq. Keks qabını yaxşıca yağlayır və içinə ağ küncüdü yayırıq. Hazırladığımız xəmiri keks qabına tökür və əvvəlcədən isidilmiş 200 dərəcəlik sobada 25-30 dəqiqə bişiririk.
Qeyd: Keksə sevgimizi də əlavə etməyi unutmayaq. Əllərimizə sağlıq!
;
Şərhlər:
Şərh bildir