Siz göylərə layiqsiniz
Aşağıdakı hekayə bizə xəyal gücünün nə qədər önəmli olduğunu xatırladır:
Bir nəfər bir qartal yumurtası tapır və yumurtanı toyuq hininə qoyur. Körpə qartal hindəki digər cücələrlə birlikdə yumurtadan çıxır və onlarla birlikdə böyüyür. Hindəki digər cücələr kimi o da,
həşərat və soxulcan tapa bilmək üçün torpağı eşələməyi və qaqqılamağı öyrənir. Və hər toyuq kimi qanadlarını açanda yerdən sadəcə bir neçə metrə qədər qalxa bilir.
həşərat və soxulcan tapa bilmək üçün torpağı eşələməyi və qaqqılamağı öyrənir. Və hər toyuq kimi qanadlarını açanda yerdən sadəcə bir neçə metrə qədər qalxa bilir.
İllər keçir və qartal artıq olduqca yaşlanır. Günlərdən bir gün masmavi göyüzündə o günə qədər heç görmədiyi qədər böyük bir quş görür. Nəhəng quş qızıla bənzəyən və çox qüvvətli olduğu bəlli olan qanadlarının kiçik hərəkətləriylə göyüzündə asanlıqla süzülə bilməkdədir.
Yaşlı qartal göydəki quşu bir müddət təəccüblə izləyir və `Bu da kim?` deyə soruşur yanındakı yoldaşından. `O, bir qartaldır` deyir yoldaşı. `O, göylərin kralıdır və göyüzünə aiddir, biz toyuqlar isə yerüzünə.` Yaşlı qartal bir müddət daha başında süzülən həmcinsinə heyranlıqla tamaşa edir.
Və bir toyuq olduğunu düşündüyü üçün də, toyuq olaraq olər.
Və bir toyuq olduğunu düşündüyü üçün də, toyuq olaraq olər.
Siz göylərə layiqsiniz, toyuq hininə deyil... Özünüzə inanmazsanız, kim inanar sizə?
Şərhlər:
Şərh bildir