Kitab məşhur və zəngin bir yazıçının savaş müxbiri olan həyat yoldaşı Estherin bir gün anidən yoxa çıxması və yazıçının onu axtarmasından bəhs edir. Esther qaçırılıb, öldürülüb, yoxsa yazıçını tərkmi edib bunu heç kəs bilmir. Yazıçı həyat yoldaşını axtararkən hər zaman onunla aralarında keçən dialoqları düşünür və əslində onu heç başa düşmədiyini anlayaraq axtarış edir.
İllər boyu həyat yoldaşının əslində onun müvəffəqiyyətlərinə nə![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh-KDEc1_V0IYBDos6AlZEHyuygy4L3nGUwfkp0krpoEVhQ_pVFSvlfJ9ABzTnBeTuLQcyOI_Hlk1ilpA2jGfBDl7i7yZ_yPDt8xuq0PWQfZqx4w5OvhMmdMzlNwhinufR7QEGGE3KESjt0/s1600/1374-Zahir.jpg)
Axtarış vaxtı Mikail adlı biri ilə tanış olur. Mikail yazıçının yoldaşına rəhbərlik edən bir gəncdir. Rusca bildiyi üçün Estherlə Orta Asyaya səyahət etmişdi. O, Estheri yaxşı tanıdığı üçün harada olduğunu bilir. Yazıçı bu gənclə müxtəlif iclaslarda iştirak edir və yeni insanlarla görüşür. Görüşdüyü insanların çoxu yazıçının yoldaşını tanıyır. Bir müddət sonra alüdəsinə çevrildiyi Estheri Zahir adlandırır.
Yeri gəlmişkən, "Zahir ərəb dilində `görünən, var olan` deməkdir. Bir dəfə rastlaşdığımız bir insan və ya bir düşüncə beynin tamamını başqa düşüncələrə yer verməyəcək şəkildə əhatə edir və bu bir növ dəliliyə , müqəddəs bir şeyin asılılığına bənzəyir."
Estherin yoxluğunda yazıçı bir kitab yazır, kitab çox bəyənilir və satılır. Lakin yazıçı bunlarla maraqlanmır, ağlında sadəcə Zahir var.
Zahir isə Qazağıstanın balaca bir kəndində uşaqlara fransız dili dərsi keçir. Aylar, illər sonra yazıçı Zahiri və onunla bərabər özünü də tapır.
Zahir isə Qazağıstanın balaca bir kəndində uşaqlara fransız dili dərsi keçir. Aylar, illər sonra yazıçı Zahiri və onunla bərabər özünü də tapır.
Təəssüratlarım:
Paulo Coelho`nu oxumağı sevirəm. Kitablarının çox hissəsini oxumuşam. Lakin geriyə dönüb baxdığımda çox az şey xatırladığımı görürəm. Bu kitabı da 3-4 il əvvəl oxumuşam, hətta yazdıqlarım belə çətinliklə xatırladıqlarımdandır. (Blogumun məqsədinə uyğun olaraq, bundan sonra oxuduğum kitab haqqında,sonradan unutmamaq üçün dərhal yazacam.)

Coelho kitabları içində bu kitab ən sevdiyimdir. Müəllifin əsərləri axıcı, öyrədici və müsbət enerji verəndir, bəlkə də məhz bu qədər axıcı olduğu üçün tez unudulur.
Zahir`də də hər kəsin özünə pay çıxaracağı hissələr var. Əsl Coelho əsəridir və psixoloji yanaşmadır. Sevərək oxumuşdum, ancaq kitabın sonluğu mənim üçün xəyal qırıqlığı olmuşdu. Yadımdadır, eyni hissi "Qeyd: Səni sevirəm" filminə baxarkən də yaşamışdım. Heyranlıqla izləmiş, heç gözləmədiyim sonluqla qarşılaşmışdım. Bəlkə də kimsə üçün bu kitab əla sonluqla bitir, ancaq məndə təəssüf hiss doğurmuşdu. Məhz sonuncu səhifəyədək kitabı heyranlıqla oxumuş və "Coelhonun ən gözəl kitabı" hesab etmişdim. Hələ də bu fikirdəyəm, o sonluq belə məni bu fikrimdən daşındıra bilməyib. Uzun sözün qısası, bütün kitablar kimi oxumağa dəyər, dünyada oxunmağa dəyməyəcək tək bir əsər belə yoxdur. Siz də oxuyun və ya artıq oxumusunuzsa, dəyərli fikirlərinizi bizimlə bölüşün.

Sevdiyim cümlələr:
- Səni özümdən belə çox sevirəm. Əgər bunu deyə bilsəm, özümlə barış içində yaşamağa davam edə bilərəm, çünki bu eşq məni əsir elədi.
- Günəşin, dənizlərin, küləyin enerjisindən faydalana bilərik. Ancaq insanoğlunun sevginin enerjisindən yararlanmağı öyrəndiyi gün, odun kəşf edilməsi qədər önəmli olacaq.
- Öyrənməli olduğumuz hər nədisə, daima bizdən əvvəl orada olar, Tanrının bizi hara yönləndirdiyini və bir sonrakı addımımızın hansı olmasının lazım olduğunu tapa bilmək üçün biz sadəcə hörmət və diqqətlə ətrafımıza baxmalıyıq. Eyni zamanda sirlərə hörmət etməyi də öyrəndim. Eynşteynin dediyi kimi "Tanrı kainatla oyun oynamaz; hər şey bir-biriylə əlaqəlidir və hərşeyin bir mənası vardır. Bu məna, hardasa, həmişə gizli qala bilər, amma etdiklərimiz şövqün enerjisinə toxunanda daim yerüzündəki əsl vəzifəmizə yaxınlaşdığımızı bilərik.
Şərhlər:
Şərh bildir