Steve Goodier - "Bir dəqiqə həyatınızı dəyişə bilər" silsiləsindən - 8

                                                   Gerçək eşq

Eşq`i ehtirasla qarışdırmaq necə də asandır!

Bir ata erkən gənclik dövründə olan oğlu üçün belə demiş: "Aşiqmi, yoxsa azğınmı bilmirəm!"  Birisinə qarşı hiss edilən cazibə mövsümlərdən daha sürətli şəkildə dəyişə bilir, amma həqiqi mənada eşq bu hisslərdən daha güclü bir şeydir.


Eşq, məhz cənab və xanım Strauss`un paylaşdığı şeydir. Xanım İsadora Strauss 1912-də Titanic`lə səyahət edən 1. sinif qadın sərnişinlərdən biri idi və boğularaq öldü. Çünki həyat yoldaşını tərk etməyi qəbl etmədi.

Gəmi batarkən o çaxnaşmada soyuqqanlı qalmağı bacardılar. İkisi də xilasedici qayıqlarda yer tapmaları üçün qadınlara və uşaqlara kömək etdilər. Axır ki, həyat yoldaşını təkrar-təkrar qayıqlardan birində yer tapmağa məcbur edən cənab Strauss onu bir qayığa mindirdi. Bir anlıq xanım Strauss oturmuşdu, ancaq anidən yerindən atılıb yoldaşının ona mane olmasına fürsət vermədən təkrar gəmiyə dırmaşdı. Yoldaşının qolunu tutdu. Ona yaxınlaşdı və belə dedi: "Çox uzun müddətdir ki, bir yerdəyik, artıq yaşlandıq. Hara gedirsən get, mən də gələrəm."

Onlar üçün gerçək eşq bağlılıq və sadəqətdi. Və fədakarlıqdı. Hər kəs belə bir eşqi çox istəsə də, tapa bilməz. Amma bağlılığın və sədaqətin olduğu bir eşq başqa sahələrdə tapılar. Belə bir eşq gerçək həsr edilmişliyin qəlbində var olar. Bu xoşbəxt insanların həyatlarını ətrafında qurduğu bir gerçəkdir.

Qeyd: Regina (yaş 10) deyir ki: "Aşiq olmaq üçün tələsmirəm. 4-cü sinif mənimçün yetəri qədər çətindir."

Şərhlər:

Şərh bildir

 
;