Qabriel Qarcia Markez xərçəng xəstəliyinə tutulduğu vaxt təkliyə çəkilmə qərarı alır və dostlarına bir vida məktubu yazır. Yazıçının məktubu müxtəlif dillərə çevrildi və internetdə yayımlandı. Mən də Markezin ölüm xəbəri ardından bu məktubu sizlərlə bölüşmək qərarına gəldim.
"Tanrı bir anlıq mənim bezdən bəbək olduğumu unudub can verərək məni mükafatlandırsa, ağlımdan keçən hər şeyi dilə gətirməyə bilərdim, amma ən azından dediklərimi detallarıyla ağlımdan keçirər və düşünərdim. Əşyalarımın maddi tərəflərinə deyil, mənalarına dəyər verərdim. Az yatar, çox yuxu görər, gözümü yumduğum hər dəqiqədə 60 saniyə müddətində işığı itirdiyimi düşünərdim. İnsan eşqdən əl çəkərsə, yaşlanar. Başqaları dayananda yeriməyə davam edərdim. Başqaları yatarkən oyaq qalmağa cəhd edərdim. Başqaları danışanda dinlər, şokoladlı dondurmanın ləzzətindən zövq almağa baxardım. Əgər Tanrı mənə azacıq can versə, sadə geyinər, üzümü günəşə çevirər, sadəcə bədənimi deyil, ruhumu da bütün çılpaqlığı ilə açardım. Tanrım, əgər bir qəlbim olsaydı, nifrətimi buzun üzərinə qazıyar və günəşin görünməsini gözləyərdim. Göy üzündəki aya, ulduzlar boyunca Van Qoq rəsmləri cızar, Benedetti şeirləri oxuyar və serenadalar söylərdim. Göz yaşlarımla gülləri sulayar, bədənimə batan tikanlarının ağrısını hiss edərək dodaq qırmızısı tac yarpaqlarından öpmək istərdim. Tanrım, bir qurtum ömrüm olsaydı... Gün keçməz ki, qarşılaşdığım bütün insanlara onları sevdiyimi söyləməyim. Bütün qadın və kişiləri ən sevdiyim insanlar olduqlarına bir-bir inandırardım. Və eşq içində yaşardım. Kişilərə yaşlandıqlarında eşqi buraxmaqlarının nə qədər yanlış olduğunu anlatardım. Çünki insan eşqdən əl çəkəndə yaşlanır.Uşaqlara qanad verərdim. Amma uçmağı özləri öyrənsin deyə şərait yaradardım.Yaşlılara isə ölümün yaşlanma ilə deyil, unutma ilə gəldiyini öyrədərdim. Ey insanlar! Sizlərdən necə də çox şey öyrənmişəm. Bütün insanların xoşbəxtliyin gerçəkləri görməkdə gizli olduğunu bilmədən, dağların zirvəsində yaşamaq istədiyini öyrəndim. Yeni doğulmuş körpənin atasının barmağını sıxarkən əslində onu özünə sonsuza qədər qandalla məhkum etdiyini öyrəndim. Sizlərdən çox şey öyrəndim. Amma bu öyrəndiklərim çox da işə yaramayacaq. Çünki hamısını bir çantaya bağladım. Bədbəxt bir şəkildə... Artıq ölə bilərəm mi?"
"Markezin vida məktubu" deyib keçməyək, həyatın, yaşamağın və verdiyimiz hər nəfəsin qədrini bilək.
;
1 yorum:
R.İ.P
Şərh bildir