Steve Goodier - "Bir dəqiqə həyatınızı dəyişə bilər" silsiləsindən - 9

 
                                Dediyini etmə cəsarəti 

   Rollo May`ın çox düzgün bir təyini var: "Cəmiyyətimizdə cəsarətin ziddi qorxaqlıq deyil, sistemə uymaqdır." Çünki sürüdən ayrılmaq cəsarət istər. 

    Senator John Tyler həyatını dediklərinin arxasında durmaq üzərinə qurmuş bir adamdı. Bunun nəticəsi olaraq insanlar ona o qədər güvəndilər ki; onu Birləşmiş Ştatlara prezidenti seçdilər. 
    Elə də çox rəğbət görən bir şey olmasa belə, doğru bildiyini etmə bacarığının ən yaxşı nümunələrindən biri senator seçkilərindən birində baş verdi. Tyler`in səsi qərarı dəyişdirəcək olan səs idi və digər vəkillərin onun üzərindəki təzyiqi həddən artıq idi. Adı oxunanda Tyler vicdanına qulaq verdi. Və bütün təzyiqlərə rəğmən "yox" səsi verdi, sonra da bu verdiyi qərarın ağırlığıyla, sözün əsl mənasında, oturacağına yığıldı.
  Məclis salonuna böyük bir səssizlik çökmüşdü. Senatorlar şok olmuş, eşitdiklərinə inana bilməmişdilər. Sonra Tyler qalxdı və bir yazarın dediyi kimi "özünün şanlı mühakiməsi ilə" uzaqlaşıb getdi. 
   Tyler bilirdi ki, belə çətin qərarlar vermə cəsarətini göstərmək, yaşanılası bir həyat qurmağın ən önəmli hissəsidir.      




Şərhlər:

Şərh bildir

 
;