Steve Goodier - "Bir dəqiqə həyatınızı dəyişə bilər" silsiləsindən - 10

                       Yanaşmanız əhval ruhiyyənizi təyin edər

   Həyatdakı bəzi şeylərdən fərqli olaraq yanaşmamızı özümüz seçə bilərik. Bəzən xoşbəxtliyin sadəcə seçdiyimiz davranışların nəticəsi olduğunu xatırlamağa ehtiyacımız var.

   Bugün erkən oyandım. Saat gecə yarısını göstərməmiş etməli olduqlarımın həyəcanını hiss etdim içimdə. Yerinə yetirməli olduğum məsuliyyətlərim var bugün. İşim bugün necə bir gün keçirəcəyimə qərar vermək...

   Bugün hava yağışlıdır deyə şikayət edə bilərəm, ya da çəmənliklər müftə sulanır deyə məmnun ola bilərəm.

   Bugün daha çox pulum yoxdur deyə üzülə bilərəm və ya büdcəmin alış-verişlərimi daha ağıllıca planlamağa şövq etdiyi və məni israfçılıqdan uzaq tutduğu üçün məmnun ola bilərəm. Bugün sağlamlığımdan gileylənə bilərəm və ya həyatda olduğum üçün sevinə bilərəm.

   Bugün böyüyərkən ailəmin mənə vermədiyi bütün o şeylərin yasını saxlaya bilərəm, ya da mənim dünyaya gəlməyimə fürsət verdikləri üçün minnətdar ola bilərəm.

   Bugün güllərin tikanı var deyə ağlaya bilərəm, ya da tikanların gülləri var deyə bayram edə bilərəm.

   Bugün dostlarım yoxdur deyə kədərlənə bilərəm və ya həyəcanla yeni münasibətlər kəşf etmək üçün cəhd edə bilərəm.

   Bugün işə getməli olduğum üçün sızıldaya bilərəm, ya da bir işim olduğu üçün xoşbəxtlikdən qışqıra bilərəm.

   Bugün məktəbə getməliyəm deyə ah vah edə bilərəm, ya da şövqlə zehnimi açıb içini zəngin biliklərlə doldura bilərəm.

   Bugün ev işlərini görməli olduğum üçün kefimi pozub deyinə bilərəm, ya da Tanrının ağlımı, bədənimi və ruhumu sığınacaqla təmin etdiyi üçün şərəf duya bilərəm. Bugün qarşımda formalaşdırılmağı gözləyən çox şey var və mən də ona forma verən bir heykəltəraş kimiyəm. Bugünün necə olacağı mənə qalıb.

   Necə bir gün keçirəcəyimi mən seçərəm!
   
   (Müəllifi bilinmir)
  


   















Şərhlər:

Şərh bildir

 
;