Gilənarlı keks



        Salam, kitabdarlar!

    Əgər siz də mənim kimi az ərzaqla, tezbazar hazırlanan ləzzət istəyirsinizsə, resepti buyurun:





     Ərzaqlar:
  • 4 yumurta
  • 1,5 st. şəkər
  • 1 st. duru yağ
  • 1/2 st süd
  • 2.5-3 st. un
  • 1 p. qabartma tozu
  • 1 p. vanil
  • 4-5 qaşıq gilənar mürəbbəsi
   Əvvəlcə yumurta və şəkəri ağarıb köpükləyənə qədər çırpırıq. Üzərinə iki dəfə ələnmiş un, qabartma tozu və vanili əlavə edərək taxta qaşıq vasitəsilə 5 dəqiqə qarışdırırıq. Xəmiri yağlanmış keks qabına tökürük. Daha sonra gilənar mürəbbəmizi az-az, çəngəl vasitəsilə spiral formasında qarışdıraraq xəmirimizə əlavə edirik. Əvvəlcədən qızdırılmış sobada 180 dərəcədə 40-45 dəqiqə bişiririk. (Təbii ki, öz sobamıza görə bu müddət dəyişə bilər.)
  İstəyə görə, bişmiş keksin üzərinə şəkər tozu əlavə edə bilərsiniz.




Həyatımızdan sevgi və sevdiklərimizin əksik olmaması ümidilə... Görüşənədək!





Şərhlər:

Şərh bildir

 
;