müəyyənləşdiriləcək ilk deyimlərini mətbuat qarşısında açıqladı. Bir neçə ay ərzində "Murphy`nin qanunları" mühəndislik sahəsində çalışanlar arasında yayıldı və 1958-ci il, nəhayət, Webster lüğətinə daxil oldu.
Pessimistliyin kitabı
- Əgər özünüzü yaxşı hiss edirsinizsə, üzülməyin, keçər.
- Heç bir şey göründüyü qədər asan deyildir.
- Hər şey düşündüyünüzdın çox çəkər.
- Müəllimə maraqlı gələn mövzu, tələbəni sıxar.
- Nəsə etməyə cəhd etdiyiniz vaxt, mütləq, daha əvvəl etməli olduğunuz başqa bir şey olar.
- Bir şeyin tərs gedəcəyindən narahat olsanız, tərs gedər.
- Kəsə yol 2 nöqtə arasındakı ən uzun məsafədir.
- Tənəfüsdə vaxt dərsdəkindən sürətli keçər.
- Xəta eləmə ehtimalınız həmişə eynidir.
- Axtardığınız şeyi son baxdığınız yerdə taparsınız.
- Bir şeyi ən ucuz qiymətə almaq üçün nə qədər çox araşdırırsınız araşdırın, satın aldıqdan sonra başqa yerdə daha ucuz olduğunu kəşf edərsiniz.
- Parlament fəaliyyətdə ikən heç kəsin həyatı, azadlığı və əmlakı güvəndə deyildir.
- Bir cihazı təmir etdikdən sonra, mütləq bir neçə bolt artıq qalar.
- Dəmiryollarına baxaraq qatarın hara getdiyini əsla bilməzsiniz.
- Bankdan kredit alarkən, əvvəlcə ehtiyacınız olmadığını isbatlamalısınız.
- Bir şeyi təmir edərkən təxmin etdiyinizdən daha çox vaxt aparar və daha baha başa gələr.
- Bir oğlan və ya qızın subay olmasının bir səbəbi vardır.
- Özünüzə uyğun birini tapdığınızda, ya evlidir, ya sevgilisi vardır, ya da geydir.
- Bir şeyi çox qurdalasanız, onu xarab edərsiniz.
- Xarab bir cihazın nəyinin xarab olduğunu təmirçiyə göstərmək istədiyinizdə mükəmməl çalışar.
- Hər kəsin lüzumsuz "necə varlanmaq olar" planları mövcuddur.
- Beyin x gözəllik x ailə vəziyyəti = sabit. Bu sabit isə sıfırdır.
- Həyatda gözəl olan hər şey ya qadağandır, ya əxlaqi deyildir, ya da kökəldicidir.
- Birinin sizə qarşı bəslədiyi sevgi hissi, sizin onu nə qədər sevdiyinizlə tərs mütənasibdir.
- Əldəki bir quş təpənizdəki bir quşdan daha etibarlıdır.
- Murphy`nin qızıl qaydası: Kimin qızılı varsa, qaydaları o, təyin edər.
- Tünelin ağzındakı işıq sizə tərəf gələn qatarın işığıdır.
- Hər kəsi məmnun etməyə çalışsanız, kimsənin xoşu gəlməz.
- Birinə "stol boyanıb, toxunma" desəniz, sizə inanmadan stola toxunar.
- Aşiq olduqları zaman, ağıllı adamla axmaq adam arasında heç bir fərq yoxdur.
- Böyük səhvlərin hamısı xətalar nəticəsində olub.
- Biz hərhansı bir mövzunun yüzdə birinin milyonda birini belə bilmirik.
- Dizayn mühəndisinin əsas işi istifadəçi üçün onu emal etmək və təmirçi üçün təmirini çətinləşdirməkdir.
- Bir kişini əldə saxlamanın yolu onu buraxmayacaqmış kimi möhkəm sarmalamaqdır.
- Tərs getməsi mümkün bir neçə ehtimal içində ən çox zərər verəcək olan ehtimal gerçəkləşər.
- Lotereyada pul qazandığınız gün ölümünüzə çox qalmayıb deməkdir.
- Murphy fəlsəfəsi: Gülümsə... Sabah daha pis olacaq.
- Murphy sabiti: Dünyada nüfus dayanmadan artar, amma toplam zəka sabit qalar.
- Bir şeyin olma ehtimalı, arzulanması ilə tərs mütənasibdir.
- Yaxşı başlayan hər şey pis bitər. Pis başlayan hərşey daha pis bitər.
- Yerə düşən hər şey çatmağın ən çətin olduğu küncə yuvarlanar.
- Tıxacda hər zaman digər zolaq daha sürətlə irəliləyər.
1 yorum:
Məncə bu qanunları işlərin tərs getdiyi zaman ironiya ilə qəbul etsək daha gözəl istiqamətə yönələ, ruhlana bilərik..
Şərh bildir