- 4 st un
- 10 qr maya
- 1 st süd
- 3 x q şəkər
- 3 x q duru yağ
- 50 qr kərə yağ
- 2 yumurta (1-nin sarısını üzəri üçün ayırırıq)
- 1 paket vanil
İçlik:
- İstənilən meyvə cemi(mən ərik cemi istifadə edirəm)
- ayırdığımız yumurta sarısı
- 1 x q un yağ ilə umac edilir
Xəmir yoğururuq, təq. 1 saat gəlməyini gözləyirik. Gəlmiş xəmiri 12 kündəyə ayırır, 15 dəqiqə şişməyini gözləyirik. Sonra kündələri şəkildəki kimi yayır, içlik qoyaraq yumrulayırıq. Sobanın qabını yığır, üzərini yumurta sarısı çəkir, umac səpirik və yenə də 15 dəqiqə gəlməyini gözləyirik. 200 dərəcəlik sobada üzəri qızaranadək bişiririk.
Mətbəxlərimizdən və yeməklərimizdən sevgi əksik olmasın... Nuş olsun!
Mətbəxlərimizdən və yeməklərimizdən sevgi əksik olmasın... Nuş olsun!
1 yorum:
Şəxsən bu bulkaların dadına baxmış biri kimi, qətiyyətlə məsləhət görürəm.. Bişirin, dadına baxın, bəyənməsəniz gətirin resepti qaytarın.
Şərh bildir