Çox qısa müddәt әvvәl oxuyub qurtardığım bu roman haqqında fikirlәrimi vaxt itirmәdәn sizlәrlә bölüşmәk istәdim. Fikrimcә bu әsәri bir çoxunuz oxumuş olar, yaxud da әsәr haqqında söylәnәn fikirlәrlә qarşılaşmış, daha böyük ehtimalla isә adını eşitmiş olarsınız. Sizi әmin etmәk istәyirәm ki, hәmin bu әsәr haqqında sәslәnәn müsbәt fikirlәr heç dә özündә mübaliğә әks etdirmir. Yәni söhbәt mükәmmәl şәkildә qәlәmә alınan bir qәhrәmanın hekayәsindәn gedir.
Gəlin düşünək, səssiz səmirsiz dayanaq və biraz düşünək. Hə? deyirsiz yəni bu
çox çətindir? Başa düşürəm onda gəlin insanları düşünməyə vadar edəcək nələrsə
edək. Yenə razi deyilsiniz? Çünki bunun üçün də düşünmək lazımdır hə? Yaxşı düşünməyək. Susaq, nəyi niyə etdiyimizi unudaq və hətta bunu unutduğumuzu da unudaq. Düşünmək və düşündürmək fikri üzərində
Kitabın baş qəhrəmanı David Caine həyatını ehtimallar üzərinə qurmuş bir statistikaçı və yaxşı poker oyunçusudur. Yenə də bir gün adəti üzrə poker oynamağa gedir, yaşlı Walter ilə stola oturur. Tez-tez uduzmasına baxmayaraq, məkanın sahibi Vitaly Nikolayevin ona borclarını vaxtında ödədiyi üçün verdiyi 15 minlik krediti ortaya qoyur. Kartları yaxşıdır və ehtimal hesablamalarına görə qazanacağını düşünür. Oynayarkən mədəsi də bulanır və beyni iyrənc qoxular alır, qusmamağa cəhd edərək elindəki kartları açır, Walter də kartlarını açmağa başlayanda Caine adamın əlində floşroyal olduğunu görür. Caine`in əlindəkilərə qalib gələ biləcək tək variant budur. Artıq hər şeyini itirmiş və Nikolayevə 15 min borcu vardır. Caine nəyəsə cəhd etmək istəyir, amma şüurunu itirib yıxılır.
Subscribe to:
Posts (Atom)