Steve Goodier - "Bir dəqiqə həyatınızı dəyişə bilər" silsiləsindən - 7

                                                 Bağışlayıcı olmaq
  "Güclü sədaqət" ("Living Faith") adlı səsli kitabında prezident Cimmi Karter bağışlayıcı olmağın həyatdakı təməl bir ünsür olduğunu anlatır. Deyir ki; bağışlanacağına dair bir düşüncəsi olmasaydı, öz səhvləriylə üzləşməsi imkansız olardı. Buna öz-özünü bağışlamaq da daxildir.
  Həm özünün, həm də həyat yoldaşı Rosalyn`in xətalı olduqlarını asanlıqla qəbul etməyən "güclü iradəli" insanlar olduqlarından bəhs edir.
   Bir gün olduqca şiddətli keçən bi mübahisədən sonra Karter, bir günü daha bir-birlərinə əsəbi olaraq keçirməyə dözə bilməyəcəyinə qərar verir. Beləliklə çölə çıxıb dülgər emalatxanasına gedir və qoz ağacından bank çeki ölçüsündə bir parça kəsir. Üzərinə bu sözləri yonur, "Bir şey üçün üzr istəmək, ya da mənim üzrümü qəbul etmək istəsən bu lövhəni mənə ver. Sonsuza qədər belə davam etsin." O axşam bu lövhəni Rosalyn`ə verir. O gündən sonra, Rosalyn bu yazını nə vaxt özünə versə, onu qəbul edib lazım olanı etdiyini anlatır.
   Bu yazıyla Karter ikisi arasında bir əfv edicilik havası yaratmışdır. Bağışlanacağımızı bilməsək, öz xətalarımızı dərhal qəbul edərmiydik? Və ən yaxın münasibətlərimiz nə qədər sağlam olardı əgər hər iki tərəf  də üzr istəməkdən qorxsaydı, ya da üzrünü qəbul etməyə istəkli olmasaydı?
   Bağışlayıcı olmaq xoşbəxtliyin çox önəmli bir parçasıdır.

Qeyd: Bağışlamaqdan bəhs etmişkən, biri çox düzgün bir təsbit edib: Dost, özümüzü axmaq vəziyyətə saldığımızda bunun davamlı təkrar edəcəyini düşünməyən insana deyilir.

Şərhlər:

Şərh bildir

 
;