Salam. Bugündən etibarən Blogumuzda reseptlər də paylaşmaq istəyirik. Sadə reseptlərlə başlayacaq, əgər bəyənilsə bu bölməni də davam etdirəcəyik. Ümid edirik ki, xanımlara və mətbəxdə yaxşı olan bəylərə köməyimiz dəyər.
İlk resept olaraq "Yaşıl keks"lə başlayaq.
Kitabsevər olaraq onlarla bağlı bir çox şeyə marağım var. Bunlara kitab aksesuarları da daxildir. Düşünürəm ki, bir kitabsevərin evində mütləq belə aksesuarlar da olmalıdır. Ona görə də yazımda sizlərlə belə aksesuarları paylaşmaq istəyirəm. Bunlar həm 2-3 kitabı əlaltında saxlamaq üçün işimizə yarayar, həm də gözümüzü oxşayar. Bunlar əla hədiyyə də olar.
Salam dostlar. Bu başlıq altında Steve Goodier`in - "Bir dəqiqə həyatınızı dəyişə bilər" kitabından sevdiyim hissələri paylaşacağam. Kitabın kiçik hekayələr formasında yazılması oxunuşu daha da asanlaşdırır və bir cib kitabı kimi əvəzedilməz edir. Kitabda ən sevdiyim hissələrdən biri ilə başlayıram.
Bəzi dadlar əvəz edilməz,bəzi hisslər unudulmaz...
Xoşbəxtliyin dadı unudulmaz; Uşaqlıqlıqda ən sevdiyimiz şokoladın adını, hətta dadını belə çoxlarımız unuda bilərik. Lakin bir insanın başımızı tumarlayaraq bizə bəxş etdiyi sevinci unutmuruq. Xoşbəxtliyin dadı elə əvəz edilməzdir ki, dadına bir dəfə baxan əsla unutmaz. "Yapon suşisi"nin, "İtaliya lazanyası"nın, hətta "Neapol pizzası"nın belə dadı unudular,amma xoşbəxt hiss etdiyimiz anların dadı unudulmaz.
Xoşbəxtliyin dadı unudulmaz; Uşaqlıqlıqda ən sevdiyimiz şokoladın adını, hətta dadını belə çoxlarımız unuda bilərik. Lakin bir insanın başımızı tumarlayaraq bizə bəxş etdiyi sevinci unutmuruq. Xoşbəxtliyin dadı elə əvəz edilməzdir ki, dadına bir dəfə baxan əsla unutmaz. "Yapon suşisi"nin, "İtaliya lazanyası"nın, hətta "Neapol pizzası"nın belə dadı unudular,amma xoşbəxt hiss etdiyimiz anların dadı unudulmaz.
Bu kitabın adını eşidəndən bəri oxumaq istəyirdim, adındakı ziddiyyət məni cəlb edirdi: Baba ve piç... Kitabı həmin vaxt oxumaq qərarım isə haqqında gedən mübahisələrdən yarandı. İnsanlar kitab haqqında şərhlər yazır, Elif Şafak`ı erməni əsilli və ermənipərəst olmaqla qınayırlar. Çoxları isə kitabı oxumadıqları halda şərh bildirir, "ermənipərəstliklə yazılmış kitabı oxumayın"-deyə hay-küy salır. Mən isə yazıçını sevən biri olaraq, kitabı oxuyub sonra fikir bildirmək istədim. Türkiyədən sifariş verdiyimiz kitab 1 həftə sonra əlimdə idi.
Pəncərədən çöldəki həyatı seyr etməyi uşaqlıqdan sevmişəm. Həyata müdaxilə etmədən sadəcə baxmaq; bu, kinoya baxmaq kimidir, can atsan da, qarışa bilmirsən baş verən hadisələrə. Məhz həyata kənardan baxdığım belə anlardan birində yaranıb suallarım; Biz niyə yaşayırıq? Ümumiyyətlə nə vaxt başlayırıq yaşamağa; ana bətninə düşdüyümüz andan, bu dünyaya göz açdığımız andan, yoxsa özümüzü tanıdığımız andan? Bəlkə yaşamırıq?
Subscribe to:
Posts (Atom)