0 yorum

Varis Dirie - "Səhra çiçəyi"

   Varis Dirie ilk dəfə qələmini məhz bu əsərdə sınayıb. Əsər təxəyyülünün məhsulu deyil, Varis sırf öz həyatını yazıb. Əsər onun hələ balaca qız ikən evdən (köçəri ailəsinin yanından) qaçması ilə başlanır. Oxuduqca onun uşaqlığından başlayaraq həyatı, başına gələnlər, yaşadığı çətinliklər barədə məlumat almaq olur. Müəllif Afrikadakı həyatın həm müsbət, həm də mənfi cəhətlərini qeyd edir.
0 yorum

Xalid Hüseyni - "Və dağlardan səda gəldi"


   Əsər Əfqanıstanda Şadbağ kəndində yaşayan kasıb bir ailənin Pəri və Abdullah adlı iki övladından bəhs edərək başlayır. Pəri üçün Abdullah qardaşdan çox daha artığı, Abdullah üçün isə Pəri hər şey deməkdir. Onlar ömür boyu ayrılmamağa, hər zaman bir-birlərinin yanında olmağa hələ çox kiçik yaşlarından söz verirlər. Onların anası, Pərini dünyaya gətirərkən ölmüş, ataları sonradan bir daha evlənmiş və başqa övladları da olmuşdur. Ata çox çalışır, ancaq yenə də ailəsini dolandırmağa gücü yetmir. Uşaqların ögey anası onları çox da istəmir. Onun Kabildə övladları olmayan, zəngin bir ailənin yanında işləyən Nəbi adlı qardaşı var. Nəbinin vasitəçilik etməsi ilə Pəri bu ailəyə övladıq verilir. 
0 yorum

Steve Goodier - "Bir dəqiqə həyatınızı dəyişə bilər" silsiləsindən - 8

                                                   Gerçək eşq

Eşq`i ehtirasla qarışdırmaq necə də asandır!

Bir ata erkən gənclik dövründə olan oğlu üçün belə demiş: "Aşiqmi, yoxsa azğınmı bilmirəm!"  Birisinə qarşı hiss edilən cazibə mövsümlərdən daha sürətli şəkildə dəyişə bilir, amma həqiqi mənada eşq bu hisslərdən daha güclü bir şeydir.

1 yorum

Markezin vida məktubu


   Qabriel Qarcia Markez xərçəng xəstəliyinə tutulduğu vaxt təkliyə çəkilmə qərarı alır və dostlarına bir vida məktubu yazır. Yazıçının məktubu müxtəlif dillərə çevrildi və internetdə yayımlandı. Mən də Markezin ölüm xəbəri ardından bu məktubu sizlərlə bölüşmək qərarına gəldim.
0 yorum

Steve Goodier - "Bir dəqiqə həyatınızı dəyişə bilər" silsiləsindən - 7

                                                 Bağışlayıcı olmaq
  "Güclü sədaqət" ("Living Faith") adlı səsli kitabında prezident Cimmi Karter bağışlayıcı olmağın həyatdakı təməl bir ünsür olduğunu anlatır. Deyir ki; bağışlanacağına dair bir düşüncəsi olmasaydı, öz səhvləriylə üzləşməsi imkansız olardı. Buna öz-özünü bağışlamaq da daxildir.
0 yorum

Paulo Coelho - "Zahir"

   Kitab məşhur və zəngin bir yazıçının savaş müxbiri olan həyat yoldaşı Estherin bir gün anidən yoxa çıxması və yazıçının onu axtarmasından bəhs edir. Esther qaçırılıb, öldürülüb, yoxsa yazıçını tərkmi edib bunu heç kəs bilmir. Yazıçı həyat yoldaşını axtararkən hər zaman onunla aralarında keçən dialoqları düşünür və əslində onu heç başa düşmədiyini anlayaraq axtarış edir.
0 yorum

Steve Goodier - "Bir dəqiqə həyatınızı dəyişə bilər" silsiləsindən - 6

                                          Siz göylərə layiqsiniz
Aşağıdakı hekayə bizə xəyal gücünün nə qədər önəmli olduğunu xatırladır:
   Bir nəfər bir qartal yumurtası tapır və yumurtanı toyuq hininə qoyur. Körpə qartal hindəki digər cücələrlə birlikdə yumurtadan çıxır və onlarla birlikdə böyüyür. Hindəki digər cücələr kimi o da,
 
;